• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Toy günü qəbirə girdilər – FOTOLAR

  • Maraqlı
  • 16 Fevral 2015 15:12
  • 1 486 Baxış
Toy günü qəbirə girdilər – FOTOLAR

Toy günü bir çox cütlüklər yeni həyata qədəm qoyduğunu düşünür. Tailandda isə evliliyə qədəm qoyan insanlar "yeni həyata" tabuta girməklə başlayır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, toy ayini din xadimləri tərəfindən həyata keçirilir. Belə ki, ailə quran cütlüklər özlərini bədnəzərdən təmizləmək üçün tabuta girir və "yenidən dirilirlər". Nəticədə, yeni ərlə arvad arasında həqiqi sevgi hissləri güclənir və onlar pis gözlərdən yaxa qurtarırlar.

Banqkok yaxınlığında yerləşən məbəddə dünən 10-a yaxın cütlük bu ayinlə ailə qurub.

Adətə görə, cütlüklər tabuta sinəsinə qoyulmuş gül buketi ilə uzanırlar. Sonra isə din xadimi onların üzərinə ağ mələfə çəkərək matəm ab-havası yaradır. Mərasimin sonunda isə din xadiminin duası altında onların üzərindən mələfə çəkilir. Bu isə onların yeni həyata qədəm qoyduğuna işarədir.

Ayin buddist təriqətindən gəlir. Bununla yanaşı, dini ayinin başqa mənası da var: heç nə əbədi deyil və sonda hər şey tabutla bitəcək.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR