Bilgi.az
Sibirdə yerin altından "uçan boşqab" çıxdı
Rusiyanın Sibir əyalətində Kuzbassdakı daş kömür
mədənində torpaq işləri görülən zaman 40 metr dərinlikdən uçan
boşqaba bənzər obyekt aşkar edilib.
Publika.az-ın məlumatına görə, bu tapıntının min illər əvvəl yadplanetlilərin bizim planetə səfər etmələrinin sübutu olduğu güman edilir. Arxeoloqlar təcili surətdə bu obyektin tədqiqi ilə məşğul olmağa çağırırlar.
Yeni tapıntının ehtimal edilən yaşı və yerləşdiyi dərinliyin
nəzərə alınması əsl sensasiyaya səbəb ola bilər.
Obyekt ideal dərəcədə dairəvidir. Onun diametri 1,2 metr, çəkisi
isə 200 kiloqrama yaxındır.
Bu ərazidə iş aparan ekskavatorçular əmin edirlər ki, bir-birinə
oxşayan bu obyektlər iki ədəd olub. Lakin onlardan biri ekskavator
dəyən zaman sınıb. İkinci obyekt aşkara çıxarılan zaman
ekskavatorçular ehtiyatla hərəkət edərək onu salamat şəkildə yerin
altından çıxarıblar.
Bu qeyri-adi obyektin 40 metr dərinlikdən aşkara çıxarılması onun
əvvəllər bu regionda 25 metr dərinlikdən tapılan mamont
skletlərindən xeyli yaşlı olması qənaətinə gəlməyə əsas verir.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi