• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ölümündən əvvəl sevgilisinin arzularını çin etdi - FOTO

  • Maraqlı
  • 19 Fevral 2014 15:07
  • 548 Baxış
Ölümündən əvvəl sevgilisinin arzularını çin etdi - FOTO

26 yaşlı gənc həkimlərin qorxunc diaqnozunu eşidəndə dünyasının alt-üst olduğunu anladı.

Həkimlərin dediklərinə görə, o, ağır formada xərçəng xəstəsi idi və ən uzağı 6 aylıq ömrü qalmışdı.

Fəqət o, ruhdan düşmədi.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniyanın Cənubi Uels bölgəsindəki Mertir şəhərinin sakini 26 yaşlı Kris Prays bu diaqnozu eşidəndən sonra sevgilisi Kerinin bütün arzularını çin etmək qərarına gəldi.

2013-cü ilin aprelində Krisə həkimlər "sənin bağırsağında xərçəng şişi var" demişdilər və müalicənin mümkün olduğunu vurğulamışdılar. Amma ötən ilin aprelində bəlli oldu ki, xəstəlik müalicəsizdir.


Krisin cəmi yarım illik həyatı qalmışdı. Kris sevgilisi, 29 yaşlı Keri ilə evləndi və sonra da Keri ilə onun dörd övladını əvvəlcə Parisə, sonra Nyu-Yorka apardı.


Kris və Kerinin toylarında 9 yaşlı Holl ilə 6 yaşlı üçəmlər Evan, Morqan və Corciya fəxri qonaqlardı. Toydan sonra onlar cəmi iki həftə evdə qaldılar. İki həftədən sonra Kris ailəsini Nyu-Yorka apardı, orada Keriyə 870 dollara Louboutin ayaqqabıları və 1200 dollara Mulberry çantası aldı.


Keri həmişə belə ayaqqabıları və çantasının olmasını arzulamışdı. Kris xanımı Kerinin ad gününü Las-Veqasda keçirmək istəyirdi. Hətta oteldə nömrə, lüks restoranda masa da sifariş vermişdi.

Amma əcəl qoymadı.


Kris ötən ay Kerinin qollarında öldü. Onun dəfn mərasimi də 6 ay əvvəl nikahının olduğu kilsədə keçirildi.


"Kris həyatına çox az qaldığını bildiyindən son günələrini məni sevindirərək, bəxtəvər edərək keçirməyə çalışdı. Son yarım ildə sanki yeni həyat yaşadım. O da sevinirdi, xəstəlik və ölüm barədə danışmırdı. O, sadəcə, mənim və övladlarımızın bəxtəvərliyinə baxaraq sevinmək istəyirdi", - Keri Prays deyib.


Onlar 2012-ci ilin yanvarından bəri birlikdə yaşayırdılar. Kerinin dediyinə görə, Kris çox sağlamdı və heç zaman səhhətindən şikayətlənməzdi. Lakin 2012-ci ilin aprelində o, mədə və bağırsağında kəskin ağrılar hiss etdiyini deyib.


Müayinələr ağrıların səbəbinin xərçəng şişi olduğunu göstərib. "Kris həyatının sonunadək sübut etdi ki, məni sevir. Hər an onu düşünürəm", - Keri ağlayaraq söyləyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR