• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Məşhur insanlar nədən qorxur?

  • Maraqlı
  • 28 Mart 2015 15:48
  • 546 Baxış
Məşhur insanlar nədən qorxur?

Nə zamansa Culiya Robertsin və Devid Bekhem kimi güclü insanların nədənsə qorxması haqda düşünmüsünüzmü?

Publika.az məşhurluğuna baxmayaraq, adi insanlar kimi qorxu hisləri yaşayan məşhurların məhz nədən qorxduğunu təqdim edir.

Madonna və Culiya Roberts dəhşətli dərəcədə mikroblardan qorxur. Ona görə də, müqavilə imzalayarkən hər iki məşhur mehmanxanada yaşamaq üçün xüsusi şərtlər qoyur. Məsələn, müqaviləyə görə, Culiya Robertsin qalacağı mehmanxananın mebel və əşyaları dezinfeksiya edilməlidir. Madonnanın qalacağı otelin nömrəsində isə santexnika işləri yenidən qurulmalıdır.

Pop ifaçı Castin Tmberleykin araxnofobiyası (hörümçəkdən qorxu) var.

Hollivud aktyoru Tom Kruz keçəlləşməkdən qorxur. Ona görə də, bir tükünün tökülməməsi üçün Tom əlindən gələni edir.

Vaynona Rayderin 12 yaşı olarkən az qala suda boğulacaqmış. Ona görə də, aktrisa sudan qorxur.

Kristen Stüartda hippofobiya var. Daha dəqiq desək, aktrisa atlardan qorxur. Onun bu qorxusu əsassız deyil. Çünki 7 yaşı olarkən atdan yıxılaraq qolunu sındırıb.

Devid Bekhemin qorxusu səliqəsizlikdir. Ona görə də, o, əşyalarını daim yerbəyer edir, paltarları rəngə uyğun nizamlayıb qoyur, soyuducudakı məhsulları boy sırası ilə düzür.

Cennifer Lopez isə qaranlıqdan qorxur.

Aktrisa Şarliz Teronda aerofobiya var. O, hər dəfə təyyarədə uçarkən həyəcan keçirir.

Uma Turman qapalı məkanlardan qorxur.

Aktyor Conni Depp kino çəkilişləri zamanı çoxlu qrimdən istifadə etsə də, o, kloundan qorxur və sirkə getməkdən imtina edir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR