• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Yekəbaş körpə və qızlığı ilə eşq macərası yaşayan dahi - FOTOLAR

  • Maraqlı
  • 7 Aprel 2015 00:24
  • 2 497 Baxış
Yekəbaş körpə və qızlığı ilə eşq macərası yaşayan dahi - FOTOLAR

Ehtimal nəzəriyyəsinin banisi, kainatın quruluşu haqda bütün qanunları alt-üst edən dahi alim Albert Eynşteyn sağlığında bir çox insanlara əzab verib. Alimin ölümündən qabaq birinci arvadı Mileva Mariçin sözlərinə görə, o, öz qızını qətlə yetirib, oğlunu məhv edib...

Publika.az "Bizim tərcümə" layihəsində nəzəriyyəçi fizik, fizika üzrə Nobel mükafatı laureatı, XX əsrin dahi alimi, ehtimal və enerjinin kvant nəzəriyyəsində nailiyyətlər əldə etmiş Albert Eynşteynin karyerası, həyatı və sevgisi tarixçəsini təqdim edir.

Yekəbaş körpə

..."İlahi, o, necə də kökdür! Başına bax! Nəyə görə belə yekədir?"- Gələcək fizikin anası Polina körpəni qucağına alaraq təəccübləndi. Hadisə hələ 1879-cu il Almaniyanın Ulm şəhərində baş vermişdi. İki yaş yarıma kimi balaca Albertin valideynləri onun kəmağıl olmasından ehtiyat edirdi. Uşaq iki yaşlı olsa da, hələ də danışmırdı. Albert 7 yaşa kimi susmağa üstünlük verdi. Aradabir dodaqlarını aralayıb istədiyini dilə gətirirdi. Valideynləri onun kiçik bir arzusunu yerinə yetirmədikdə isə Albert sanki quduzlaşırdı.

Vəhşi və ədəbsiz şagird

Əsəbiləşərkən Albertin siması sarı rəng alar və əlinə keçəni sındırardı. Bir dəfə az qala kiçik bacısını da beləcə yerə çırpacaqdı. Stulu isə musiqi müəlliməsinin üstünə tullayıb. Müəllim və şagirdlər fizika və riyaziyyatda qeyri-adi bacarığı ilə fərqlənən Albertdə daha çox vəhşi, ədəbsiz, hörmət qoymayan və lovğa insan obrazını görürdülər.

Günlərin birində məktəbdən gələn Albert bir daha ora getməyəcəyini dedi. Atası əlini stola çırparaq "əclafın" məktəbi bitirməsini və elektrik mühəndisi olmasını tələb edirdi. Lakin oğul atasının iradəsinin tam əleyhinə getməyi sevirdi. Albert məktəb attestatı olmadan Texniki Universitetə daxil olmaq haqda qərar verdi...

22 yaşlı kəndli qızı Alberti riyazi təhlilləri ilə heyran edirdi

...Albertin anası hiddətlənmişdi: özündən 3 yaş böyük kifir serb qızına aşiq olmaq. Hələ bu azmış kimi, qız anadangəlmə axsaq idi! Sürix şəhərinin Texniki Universitetində ola bilməz ki, yaraşıqlı qız olmasın! Görəsən, bu eybəcər fizika-riyaziyyat fakültəsində təhsil alan qarasaçlı oğlanı nə ilə cəlb edib? Albert Milevada qeyri-adilik görürdü, onu heç kimə bənzətmədiyi üçün ehtirasla ona vurğun idi. Ümumiyyətlə, Albert insanlara öz arzuları və ani ehtiyacları üçün obyekt kimi yanaşırdı.

Kənddən çıxan qız 22 yaşlı Alberti riyazi təhlilləri ilə heyran edirdi. Bundan əlavə, utancaq və iri gözlü serb qızını Albert kimi bu dünyada daha çox elm maraqlandırırdı. Adətən, qadın dünyasının bir hissəsi olan geyim-keçim, dedi-qodu və boş-boş danışıqlar onluq deyildi... Eynşteyn onun xarici görkəmindən hələ çox sonralar narazı qalacaq.

Qıza gül əvəzinə kitab verərdi

Albert özünəməxsus şəkildə onun qeydinə qalardı: qıza gül əvəzinə kitab verərdi. Gənc qız isə sevgilisinin hədiyyəsi qarşılığında öpüş vermək əvəzinə, saatlarla Albertin səliqəsiz topa halında yığışıb qalan formul vərəqələrini nizama salardı.

Albert üçün adi dərs prosesi darıxdırıcı idi. Ona görə də cansıxıcı konspektləri onun əvəzinə Mileva yazardı. Sevgililər çayın qırğındakı kiçik kafedə oturarkən Albert deyərdi: "Sən mənim balaca Dolli gəlinciyimsən. Səninlə bir yerdə dünyanın əksinə gedib daha da irəlini görə biləcəyik. Birlikdə dünyanın altını üstünə çevirəcəyik". Milevanın isə qulaqlarında həmişə bu kəlmə cingildəyirdi: "Mənim həyatım səndən asılıdır". O, Albertin, həqiqətən də, ona məftun olmasına inanırdı.

Qızını övladlığa verdi

Albertin anasının Milevaya olan münasibətindən qızın xəbəri vardı. Bununla belə, serb qızı heç bir toy olmadan Albertdən Lizerl adlı qız övladını dünyaya gətirdi. Mileva qızını özü saxlaya bilmədiyi üçün valideynlərindən kömək istədi. Eynşteyn isə ata olduğunu öz valideynlərinə deməyə cəsarət edə bilmirdi.

Mileva ilə evlənmək niyyətini valideynlərinə açıqladıqdan sonra Eynşteyn sevgilisinə belə bir məktub yolladı: "Mənim anam əsl iblisdir və meşşan qadındır. O, elə ağlayırdı ki, sanki mən ölmüşəm. Bu azmış kimi, anam səni təhqir edərək "kaftar, topal və yırtıcı" adlandırdı. Mən isə müqavimət göstərərək dedim ki, nəyin bahasına olursa olsun, səninlə evlənəcəyəm".

Sevgilisindən məktubu alan Mileva bir neçə gün ağlamaqdan özünə gələ bilmədi. Nəyə görə Albert məktubu qısaldıb sözünü birbaşa demədi? Məktubda anasının sözlərini qeyd etmək bu qədər vacib idimi?

1903-cü ildə Albertin atasının vəfatından sonra onlar Bern kilsəsində nişanlandılar. Lakin Mileva Albertin bu izdivacı sevgidən yox, Albertin anasını əsəbiləşdirmək və anasının idarə etdiyi gəmidə üsyan qaldırmaq naminə etdiyini bilirdi.

Dəhşətli günlər tezliklə başladı. Mileva və Albertin yaşadığı kiçik mənzildə Eynşteyn onun donan barmaqlarını sıxaraq dedi: "Qızımızı yaxşı əllərə verməliyik. Bu, bizim hamımız üçün yaxşı olacaq. Sənlə mənim axı hər şeyimiz - sevgi və işimiz var!" Mileva isə bu sözlərə əhəmiyyət verməyib qəzəblə dedi: "Bunu sənə heç zaman bağışlamaram".

Lakin Albert sanki onu hipnoz edib fikirlərindən döndərə bilirdi. Onun Milevaya ehtiyacı var. Mileva daha nə istəyə bilərdi ki? Albert artıq böyük kəşfin astanasındadır. Düzdür, onun atalıq hissləri yoxdur, Mileva onun sevgisinə görə bu sınağın öhdəsindən gələ bilməzdimi?

Mileva sevgisinə görə təslim oldu. Körpə Lizerl yad ailədə pis baxım ucbatından qızılcadan öldü. Körpənin kölgəsi isə Milevanı ömür boyu qarabaqara izləyirdi.

Albertin qarşısına çıxan digər qadınlar da onun haqqında birmənalı bu fikri deyərdi: Albertin qeyri-adi maqnetik cazibəsi qarşısındakı hər bir insanı təslim edirdi...

Ot kökü üstə bitər – oğul atasına bənzədi

Bir neçə ildən sonra Mileva iki oğul övladını da dünyaya gətirdi. Xəstə və həssas Eduard atasının diqqətini cəlb etmək üçün dəridən-qabıqdan çıxırdı. Lakin Eddinin sonsuz xəstəlik və göz yaşları Eynşteyni, sadəcə olaraq, qıcıqlandırırdı.

Eduardın 20 yaşı olarkən şizofreniyadan əziyyət çəkməyə başlayır. Eynşteyn həmişəlik ondan canını qurtarmaq üçün onu müalicəyə göndərir. Eynşteynin böyük oğlu qaşqabaqlı və atası kimi insansevməz idi. Hans Albert iki dəfə atasının əleyhinə gedib: birinci dəfə fizika nəzəriyyəsindən imtina edərək mühəndis olub.

İkinci dəfə isə Hans Albert özündən 9 yaş böyük, kifir və bir suyu anasına oxşar qadınla evlənib. O, özünə, qardaşına və anasına olan münasibətinə görə atasına nifrət edirdi.

Albert daim iş başında olurdu. 1905-ci ildə onun ehtimal nəzəriyyəsi nəşr edildi. Onu bir sıra konfrans və nüfuzlu universitetlərə dəvət edirdilər. Albert ulduz xəstəliyindən yan keçə bilmədi. Kifir və axsaq arvadı isə onun yanında ikinci dərəcəli insana çevrildi.

Milevanın məşğuliyyəti mətbəx, uşaqlar və sonsuz qısqanclıq hisslərindən ibarət idi. Eyşteyn üçün Mileva artıq nə fizik, nə də riyaziyyatçı idi. Qoca qadın daha ona lazım deyildi...

Albertin Almaniyada qızlığı ilə eşq macəraları

1912-ci ildə Albert fiziklərin qrupu tərkibində Berlinə yollandı. Berlin şəhərində Albertin əmisi qızı Elza yaşayırdı. Albert onu uşaqlıqdan tanıyırdı. İndi isə Elza mavi göz sarışın qıza çevrilmişdi.

Əmisi oğluna bənzəməyən həyatsevər güləyən qız Elza boşanmışdı və 2 qızını tərbiyə edirdi: yetkinlik yaşına çatmış cazibədar İlza və utancaq balaca Marqo. Albert əmisi qızıgildə vaxtını öldürüb alman yeməklərindən dadar, Elza ilə mazaqlaşardı. Lakin onu daha çox İlza maraqlandırırdı.

Günlərin birində Albert əmisi qızı və İlzanı gölün kənarındakı piknikə apardı. Elza zənbildən azuqələri çıxarana kimi Albert İlza ilə gəzintiyə çıxdı. Meşənin sıx yerinə apardıqdan sonra Eynşteyn qıza öz hisslərini etiraf etdi. İlza isə cavabında dedi: "Daraq və paltar üçün şotka tanımayan kişilərdən xoşum gəlmir. Məndən əl çəkin və gedin fizikanızla məşğul olun". Qadınlardan etiraz cavabı almayan Eynşteyn üçün İlzanın cavabı sanki şillə oldu.

...Orta boylu qara geyimli qadın Elzanın stulunda əyləşib. Albert otağa girərkən elektrik lampasının işığında qadını gördü. Mileva ərini evə qaytarmaq üçün son ümidlə Berlinə gəlib. Lakin Eynşteynin qayıtmaq fikri yox idi. "İsveçrəyə qayıtmalısan və məni bir daha narahat etmə! Sənə lazımi qədər pul göndərəcəm. Eşitdin? Bir daha məni boş şeylərə görə narahat etmə! "- Albert dedi.

Albert 1919-cu ildə boşandıqdan sonra Elza ilə ailə qurdu. İlza da ərə getmişdi, Marqo isə Albertə məftun gözlərlə baxırdı. Tezliklə Albert təzə arvadına da öz yerini göstərdi. Elza onun otağında yır-yığış edərkən Albert çığırdı:

- Bir daha bu otağa ayaq basma!

- Axı biz danışmışdıq ki, otağa tozları silmək üçün girəcəm, - Elza dedi.

- Heç vaxt "biz" sözünü istifadə etmə. Ya özün, ya da mənim haqqımda danış. "Biz" kəlməsi yoxdur. Bunu birdəfəlik yadında saxla! - Albert qapını arvadının üzünə çırpıb getdi.

Eynşteyn Amerikaya qaçmazdan əvvəl zəngin və eleqant qadınlar onun villasında təşkil olunmuş ziyafətə təşrif buyururdu. İndi Albert kino ulduza çevrilmişdi, qadınlar onu az qala hər yerdə izləyirdi.

Xoşbəxt və güləyən Elzanın günü göy əskiyə bürünmüşdü: "Mən onun üçün mebel, ev əşyasına çevrilmişdim". Elza evində baş verənləri, əri ilə qızı arasında olan münasibətləri görmürdü. Hələ bir dəfə Elza evə gələrkən qonaq otağında Albert və Marqonu yarıçılpaq yaxaladı. Onun fikrincə, əlbəttə ki, günah zavalı qızda yox, Albertdə idi.

Elzə ilk dəfə ərinə hücum edərək çığırdı: "Sən şərəfsiz əclafsan! Bunu necə edə bilərdin? O axı dindar qızdır, sən onun kumiri idin". Eynşteyn isə kefini də pozmadan cavab verdi: "Hər bir kişinin sevgilisi olmalıdır. Bir insan üzərində xoşbəxtlik qurmaq ağılsızlıqdır. Sənə milyon dəfə demişəm ki, mənim yeganə sevgim elmdir".

Eynşteyn ölüm ayağında olarkən bu sözləri dilə gətirdi: "Bilirsiniz, mən elmdə kəşfə imza atdım. Lakin şəxsi həyatımda biabırçılıqla üzləşdim".

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR