Bilgi.az
Bəxt üzə güləndə: kasıb ailə bir gündə milyonçu oldu - FOTOLAR
Bəxt bəzən insanın üzünə çox qəribə şəkildə, heyrətamiz formada gülür.
Kaliforniyadakı ailə də bir gündə multimilyonçu olub. Köpəklərini gəzməyə çıxarmış ərlə arvad evlərinin arxasındakı bağda itin eşələnməyə başladığını görüblər. İt hürür, torpağı qazırdı.
Ərlə arvad həmin yerə yaxınlaşıblar. Əri maraq götürüb və o,
anbardan beli gətirərək həmin yeri qazıb.
Tapıntı onu şoka salıb.
Çünki itin hürdüyü yerdən çıxan dəmir qabın içində 1427 qızıl sikkə
vardı. Ekspertlərin dediklərinə görə, 19-cu əsrə
aid bu 5, 10 və 20 dollarlıq qızıl pulların minimal dəyəri 10
milyon dollardır. Üstəlik, həmin pullar arasında çox nadir sikkələr
var ki, hər birinin dəyəri hərracda satılacağı təqdirdə ən azı 1
milyon dollar ola bilər.
Şimali Kaliforniya sakinləri olan amerikalı ərlə arvadın adları
açıqlanmır.
Santa-Ana şəhərindəki "Professional Coin Grading Service"in banilərindən biri Devid Hollun sözlərinə görə, tapılmış pullar 1847-1894-cü illər arasında tədavülə buraxılıb: "Onların nominal qiyməti 27 min dollar olsa da, tapıntının indiki qiyməti ən azı 10 milyon dollardır. Pullar arasında numizmatları çox maraqlandıracaq nadir sikkələr var. Bu pullar tədavülə buraxılandan az sonra bir yerə toplandığından çox yaxşı vəziyyətdədirlər".
Ailənin müraciət etdiyi numizmat Don
Kaqinin dediyinə görə,
tapılmış xəzinə ABŞ ərazisində indiyədək aşkarlanmış ən böyük
dəfinə sayıla bilər. "Saddle Ridge Hoard" adlanan
bu dəfinədəki pulların hər biri ayrı-ayrı plastik qaba
qoyulub.
"Ailə pullardan yalnız bir neçəsini saxlayaraq yerdə qalanını
Amazon.com-a satışa çıxarmaq fikrindədir. Pulların çox baha qiymətə
satılacağına əsla şübhə etmirəm", - D.Kaqin deyib.
Qızıl pulların əksəriyyəti San-Fransisko şəhərindəki zərbxanada
buraxılıb. Amma bir neçə 5 dollarlıq sikkə Corciya kimi uzaq
ştatlarda tədavül üçün nəzərdə tutulubmuş./Milli.Az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR