İnsanları qorxuya salan şüşə körpü - FOTOLAR
Bizi izləyin

Bilgi.az

İnsanları qorxuya salan şüşə körpü - FOTOLAR

Əgər hündürlükdən qorxunuz varsa, Çinə səfər etsəniz şüşə körpüdən uzaq durmağınız məsləhət görülür.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin Çjantszyatsze kanyonunda 300 metrlik hündürlükdə dünyanın ən hündür və uzun şüşə körpüsü inşa edilib. Cəsarətli turistlər üçün Çjantszyatsze milli parkında tikilmiş başgicəlləndirici körpü iyul ayında istifadəyə veriləcək.

Şüşədən tikilmiş körpü iki qayalığı birləşdirsə də, onun üzərində 800 nəfər insan dayana bilər. Bununla belə, hündürü qayalıqlar arasından keçən şəffaf körpü istənilən insanı vahiməyə salır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm