• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

2,5 metrlik kişi özünə sevgili axtarır - FOTOLAR

  • Maraqlı
  • 28 May 2015 01:16
  • 805 Baxış
2,5 metrlik kişi özünə sevgili axtarır - FOTOLAR

Hindistanın Uttar Pradeş ştatından olan kişi özünə həm sevgili, həm də iş axtarır. İş ondadır ki, 243 santimetr boya malik olan Darmendra Sinx hündür boyuna görə, sevgili və iş tapa bilmir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hündür boylu kişinin həyatı heç də rahat keçmir. Daim diqqət mərkəzində olduğu üçün insanlar onunla şəkil çəkdirməyə üz tutur. 32 yaşlı kişi deyib: "Evlənməyə boyum əngəl törədir. Mənim boyda insana rast gələcəyimə isə heç inanmıram. Öz boyuma yaxın qız olmadığı üçün hələ də sevgilim yoxdur. Düzdür, qadınlar mənə maraq göstərir. Onlar mənimlə söhbət edir və gülümsəyir. Amma heç zaman qeydinə qaldığım qız olmayıb. Məktəb illərində çox utancaq olmuşam. Başqa oğlanlardan fərqli olaraq, heç vaxt söhbət qızlara yaxınlaşıb söhbət etməzdim. Bütün qadınlara hörmətim var, lakin hələ də, xəyallarımın qadınına rast gəlməmişəm".

Sinqx qadından əlavə, iş də tapa bilmir:

"Hara müraciət etsəm də, insanlar mənə bir sualı verir: "Sən bu boyla necə işləyəcəksən?". Məktəbi bitirdikdən sonra daimi iş yeri tapa bilmirdim. Yalnız əyləncə parkında özümə iş tapa bildim. Orada qəfəsdə dayanıb insanlarla foto çəkdirməyə görə 2 dollar qazanıram. Bəzi insanlar şəkil çəkdirdikdən sonra pul ödəmədən qaçır".

Sinqx yaşaması üçün ayda 10 min rupi (154 dollar) qazanır. Sinqxin ailə üzvlərindən heç biri onun kimi hündür boylu deyil. Görünür ki, Sinqxin boyu genetik xarakter daşıyır. Elə ona görə də, uşaqlıqdan Sinqxi ələ salıblar: "İnsanlar mənə qarşı pis davranaraq "zürafə" və ya "dəvə" deyirlər. Mənim hələ də dostum yoxdur. Qadınlarla ünsiyyət qurmaqda da problemlərim var. Həmçinin gündəlik işləri görmək üçün kiməsə ehtiyacım olur. Çünki mənim yeriməkdə də problemlərim var. Mağazaya nadir hallarda gedirəm. Ona görə ki, məni görən insanlar əhatəyə alır və lağa qoyur".

Buna baxmayaraq, Sinqx heç də pessimist deyil: "Hündür boyun mənfi xüsusiyyətləri ilə yanaşı müsbət tərəfi də var. Məsələn, insanların mənə baxıb xoşbəxt olmasına sevinirəm. Sanki mən onların gününün yaxşı başlamasına kömək oluram. Onlar mənə yaxınlaşıb şəkil çəkdirirlər. Boyuma görə məşhur olmuşam ".

Bununla belə, hündür boyluq onun bədəninə ağırlıq edir. Nəticədə, bir neçə ay bundan qabaq Sinqx omba sümüyünü sındırıb. Dehlidə əməliyyat keçirərək onun ombasına tibbi lövhə qoyulub. Tarazlığını saxlamaq üçün Sinqx əlil taxtasında gəzməli olur. Onun sözlərinə görə, bəlkə də, daimi iş yeri və qız tapa bilərdi. Lakin gündən günə səhhəti pisləşdiyi üçün heç kim ona iş verməz. Qonşuları isə onu işıq dirəyinə bənzədərək gündə 25 yumurta yediyini və 25 litr süd içdiyini deyir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR