• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

9 yaşlı qızdan ibrətamiz hərəkət - FOTOLAR

  • Maraqlı
  • 6 İyun 2015 16:22
  • 545 Baxış
9 yaşlı qızdan ibrətamiz hərəkət - FOTOLAR

ABŞ-ın Vaşinqton ştatında yaşayan 9 yaşlı Heyli Fort öz hərəkəti ilə bir çox insanlara örnək ola bilər. Belə ki, kiçik qız evsiz insanlara ev tikməklə məşğuldur.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qızcığazın 5 yaşı olarkən küçədə gördüyü evsiz insan onda mərhəmət hissi oyadıb. O, valideynlərindən evsiz insana necə kömək edə biləcəyini soruşub. O vaxtdan etibarən Heyli evsiz insanları yemək və evlə təmin etməyə başlayıb.

Beləliklə də, qız dostu Edvard və onun kimi bir çox evsiz insanlar üçün ev tikməyə başlayıb. O, bu ilin sonuna kimi 12 ev tikməyi planlaşdırıb. Edvard işlədiyi mağazada iş yerini itirib və köməksiz qalıb. Heyli isə onu isti və quru sığınacaqla təmin etmək niyyətinə düşüb. Heyliyə bu işdə anası da yardım edir.

Heyli deyib: "İstəmirəm ki, dostum yağışlı havalarda islansın və xəstələnsin". Heyli öz əlləri ilə mismar vurur və elektrik avadanlıqlarından istifadə etməklə evi tikir.

Hələ bu azmış kimi, Heyli 6 yaşından evsiz insanlar üçün bostan salıb. O, bostanda meyvə və tərəvəzlər yetirşdirir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR