Bilgi.az
Dünyanın ən varlı qadınları - REYTİNQ - FOTOLAR
Nüfuzlu Forbes jurnalı ənənəvi "Dünyanın ən zəngin qadınları" reytinqini açıqlayıb.
"Wal-Mart" marketlər şəbəkəsinin banisinin oğlunun dul xanımı
Kristi Uolton36,7 milyard dollarlıq
varidatla reytinqə başçılıq edir. 2005-ci ildə əri aviaqəzada həlak
olan 59 yaşlı K.Uolton ailə sərvətini son 9 ildə iki dəfə
artırıb.
Reytinqdə 2-ci yeri "L’Oreal" parfümeriya imperiyasının sahibi Lilian Betankur tutub. "İmperiya"nın banisi olan fransız dul xanımın varidatı 34,5 milyard dollardır.
Siyahıda 3-cü pillədə isə "Wal-Mart" supermarketlər şəbəkəsinin
banisi Sem Uoltonnun qızı Elis Uolton
tutub. Onun 34,3 milyard dollar sərvəti var. 64 yaşlı qadın
indiyədək 3 dəfə avtomobil qəzasına düşüb.
Apple korporasiyasının banisi, mərhum Stiv Cobsun indi dul xanımı
Loren Pauell Cobs 14 milyard dollarlıq
sərvətlə reytinqin 10-cu pilləsindədir. 3 övlad anası, 50 yaşlı
Loren Pauell Cobs "Disney"in ən böyük fərdi səhmdarıdır. O, yoxsul
ailələrdən olan gənclərə təhsil almağa yardım edən "College
Track"-in banilərindən biridir./Milli.Az
"Dünyanın ən varlı qadınları" reytinqinin ilk onluğunu təqdim
edirik:
1. Kristi Uolton - 36,7 milyard dollar
2. Lilian Betankur - 34,5 milyard
3. Elis Uolton - 34,3 milyard
4. Jaklin Mars - 20 milyard
5. Cina Raynhart - 17,7 milyard
6. Süzann Klatten - 17,4 milyard
7. Ebiqeyl Conson -17,3 milyard
8. Enn Koks Çembers - 15,5 milyard
9. Ayris Fontbona - 15,5 milyard
10. Loren Pauell Cobs - 14 milyard
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı