Rusun “UAZ”-ı 2017-ci ildə belə müasirləşdirildi - - FOTO
Bizi izləyin

Avto

Rusun “UAZ”-ı 2017-ci ildə belə müasirləşdirildi - - FOTO

Əsas dəyişiklik salonda aparılıb.

Şəkillərdə gördüyünüz maşın 1965-ci ildən istehsal olunan “UAZ-452”-nin 2017-ci il buraxılışıdır.

Publika.az xəbər verir ki, Rusiyada Ulyanovsk zavodunda yeni modelin istehsalına başlayan avtoistehsalçılar yenilənmiş “UAZ”-ın daha genişfunksiyalı, səssiz, etibarlı, rahat və dözümlü olacağını iddia edir.

Zahirən demək olar ki, ciddi dəyişiklik hiss olunmur. Əsas dəyişiklik salonda aparılıb. Oturacaqlar qızdırıcıyla təchiz edilib, salona əlavə qızdırıcı ventilyator qoyulub. Sükan ətrafında çoxfunksiyalı açarlar var.

Texniki zonada da yenilik var. Mühərrikin səs izolyasiyası yaxşılaşdırılıb. Digər texniki hissələrdə daha dözümlü vəziyyətə gətirilib.

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm