Maraq dünyası
"Apple"dəki hissələrini 800 dollara satan insanın bəxtsizlik HEKAYƏSİ
Vayne "Apple"ın üç qurucusundan biridir.
Bu gün dünyanın ən dəyərli şirkətinə çevrilən, texnologiya aləminə daima inqilabi yeniliklər gətirən Apple 1 aprel 1976-cı ildə üç nəfər tərəfindən qurulmuşdu. Qurucularından biri olan Stiv Cobsu demək olar ki, bütün dünya tanıyır. Əgər texnologiya xəbərlərini və birjanı yaxından izləyirisinizsə Steve Vozniakı da tanıyırsınız. Bəs Ronald Vayne?
Ronald Vayne "Apple Computer" qurucularından biri və 10%-nin hissədarı idi. Ancaq Vaynenin "Apple" macərası çox qısa davam etdi və o öz hissələrini 800 $ dəyərində sataraq kənara çəkildi. Bu gün onun hissələrinin birjada 62.93 milyard $ dəyəri var.
40 il əvvəl "Apple" qurulanda Steve Jobs marketinq və şirkətin vizyonu ilə, Vozniak mühəndislik və xakerlik ilə məşğul olurdu. Ronald Vayne isə ilk "Apple" loqosunun yaradıcısı idi. O, həm də ortaqlar arasında imzalanan anlaşma mətninin də müəllifi idi.
Onun gördüyü işlər Apple üçün çox lazımlı idi. Vozniak öz avtobioqrafiyasında "Ron şirkətin qurulduğu ilk günlərdə inkişaf etməyimiz üçün böyük rol oynamışdı," deyir.
Ronald bu işə qoşulanda 38 yaşı var idi və ortaqlarından daha təcrübəli idi. Onların iştahı və istedadına öz təcrübəsi və hüquqi prosedurlara hakim olması ilə köməklik edirdi. Ancaq Vayne verdiyi açıqlamaların birində Steve Jobs ilə işləməyin çətin və yorucu olduğunu demişdi.
Ronald Vayne "Apple Computers"dən ayrıldığı il şirkət 174.000 dollar qazanc əldə edir. Bir il sonra isə 2.7 milyon dollar qazanırlar. 1982-ci ildə, yəni 6 il sonra şirkətin dəyəri 1 milyard dollara çatmışdı. Əgər "Apple" şirkətinin bu gün dəyəri ilə müqayisə etsək onun 800 dollara satdığı hissələrinin dəyəri 58 milyard dollardan daha çoxdur.
Onun "Apple" ilə bağlı şansızlığı bununla da bitmir. 1990-cu illərin əvvəlində, 1976-cı ildə Jobs, Vozniak və öz imzası olan müqaviləni 500 dollara satmışdı. Həmin sənəd 2011-ci ildə 1.6 milyon dollara auksionda satılır. (pahoo)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR