Qarabağı qaytarmaq istəyən prezidentin avtomobili satışa çıxarıldı - FOTO
Bizi izləyin

Nida Xəbər

Qarabağı qaytarmaq istəyən prezidentin avtomobili satışa çıxarıldı - FOTO

Qarabağı qaytarmaq istəyən prezidentin avtomobili satışa çıxarıldı

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın avtomobili hərraca çıxarılıb.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

“Mercedes” markalı avtomobil Ermənistan Mədəniyyət Nazirliyinin optimallaşma proqramı çərçivəsində satılır.
Ermənistanın mədəniyyət naziri Armen Amiryan muzey eksponatı olan avtomobilə böyük alıcı marağının olduğunu deyib.

“Mercedes” markalı avtomobil Petrosyanın prezident olduğu dövrdə xidməti maşını olub. Avtomobil xüsusi qurğularla yığılıb və güllə keçirmir.

Qeyd edək ki, Levon Ter Petrosyan 1998-ci ildə istefa verməyə məcbur edilib. Buna səbəb isə onun Dağlıq Qarabağ münaqişəsinin həllinə razılıq verməsi idi. Həmin vaxt Azərbaycan Prezident Heydər Əliyevin apardığı diplomatiya nəticəsində Petrosyan ərazilərin qaytarılmasına razı salınmışdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm