Kitab oxumaq ömrü 2 il uzadır
Bizi izləyin

Maraq dünyası

Kitab oxumaq ömrü 2 il uzadır

“Kitab qurdları” kitab oxumağın faydalarını çox yaxşı bilir. Alimlər də bu sahədə apardıqları araşdırmalar ilə kitab oxumağın faydalarını hər gün bir az daha dəstəkləməyə davam edir.

Araşdırmalara görə, kitab oxuyan şəxslər kitab oxumayan şəxslərə nisbətdə daha çox yaşayır.

Publika.az Türkiyə mediasına istinadən bildirir ki, ABŞ-ın Yale Universiteti tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, hər gün 30 dəqiqqədən çox kitab oxuyan şəxslər təqribən 2 il daha çox yaşayır. Əldə olunan nəticə 50 yaş və ondan çox 3 min 635 nəfər arasında aparılan araşdırma nəticəsində ortaya çıxıb.

Araşdırma bizə kitab oxumaq ilə uzun yaşamaq arasında səbəb-nəticə əlaqəsinin olduğunu göstərmir. Əksinə, onların arasında bir bağlılığın olduğunu sübut edir. Maraqlıdır, alimlər kitab oxumağın qəzet və jurnal oxumaqdan daha faydalı olduğunu sübuta yetirib.

Bundan savayı, araşdırmalar kitab oxumağın zehni aktiv və sağlam saxlamaqda kömək etdiyini göstərir. Harvard Universitetinin araşdırmaçıları isə yavaş və dərin şəkildə kitab oxumağın idrak fəaliyyəti artırdığının nəticəsinə gəlib. Belə deyək, idman salonunda məşq etmək bədənə nə qədər xeyirdirsə, kitab oxumaq da beyin üçün bir o qədər xeyirdir. Odur ki, beyninizi işlətmək və gücləndirmək istəyirsinizsə, mütəmadi olaraq kitab oxumağınız məsləhətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm