Ginnesin qeyri-adi rekordları - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Ginnesin qeyri-adi rekordları - FOTOLAR

Onlar sadəcə, öz sevimli peşələri ilə məşğul olur və bir anda şöhrət qazanırlar.

Dünya rekorduna imza atmaq insanlar arasında hər zaman ekstremal hadisə olaraq qiymətləndirilib. Cəmiyyətdə elə insanlar var ki, 15 dəqiqə içərisində ağlınıza gəlməyəcək dərəcədə dəliliklər edə bilər. Bunun tək səbəbi isə dünya rekordlar cədvəlinə düşməkdir.

Cəmiyyətdə adını dünya rekordlar cədvəlinə yazdırmaq üçün dəridən qabıqdan çıxan insanlarla yanaşı, gözləmədikləri anda özlərini rekord cədvəlində görənlər də var. Bu insanlar bunun üçün hec bir xüsusi iş görmür. Onlar sadəcə, öz sevimli peşələri ilə məşğul olur və bir anda şöhrət qazanırlar.

Publika.az sizə dünyanın 9 ən maraqlı rekorduna imza atan sıravi vətandaşların siyahısını təqdim edir:

1. Bütün dünya ölkələrini gəzmiş ilk qadın.

Səyahəti sevən 27 yaşlı Kasandra de Pekol iki dünya rekorduna imza atıb. Dünya turunu yenicə başa vurmuş Kasandra 193 ölkə və 3 əyaləti (Kosovo, Fələstin, Tayvan) ziyarət edərək dünyada bütün ölkələri gəzmiş ilk qadın olaraq tarixə düşüb. İkinci rekordu isə bu gəzintiyə sərf etdiyi zamanla qazanıb. Kasandra de Pekol bu gəzintiyə 18 ay 26 gün sərf edib.

2. Ən böyük universitet dərəcəsi alan adam.

70 yaşlı Luçano Bayetti dünyada ən çox universitet təhsili alan adamdır. İtaliyada yaşayan Luçanonun bu nailiyyətinin sirri çox sadədir. O, hər gün gecə saat 3-də oyanır və dərs oxumağa başlayır. Luçano Bayetti bakalavr və magistraturanın 15 dərəcəsində təhsil alıb. 2002-ci ildə bu göstəricilərlə Ginnesin rekordlar kitabına daxil olub. Fəlsəfə, hüquq, sosiologiya və ədəbiyyat üzrə təhsil alan 70 yaşlı Bayetti artıq 16-cı təhsilini alır. O hazırda kulinariya üzrə oxuyur.

3. "Yeddi zirvəni" fəth etmiş ən gənc insan.

Cordan Romero 2010-cu ildə Ginnesin rekordalar kitabına düşən ən gənc insandır. 13 yaşlı Cordan Everest zirvəsini fəth edən ən gənc alpinist olaraq dünya rekorduna adını yazdırıb. 2011-ci ilin dekabrında Antarktidada Vinson Massivinə qalxan alpinistlər sırasına qatılır. Dünyanın müxtəlif qitələrində yerləşən zirvələrə çıxan "Yeddi Zirvə" alpinist qrupuna qatılanda isə Cordanın sadəcə 15 yaşı var idi.

4. Ən çox dil bilən adam.

Ən az 6 dili sərbəst başa düşüb, sərbəst şəkildə istifadə edə bilən insanlara poliqlot deyilir. 12 və daha çox dildən sərbəst istifadən edən insanlar isə hiper-poliqlot hesab olunur. Ginnes kitabının mütəxəssisləri bu maraqlı mövzu üzərində araşdırma aparıb və livanlı Ziyad Fazaxu ilə tanış olublar. 58 dildə sərbəst danışdığını iddia edən Ziyad müsahibə zamanı mütəxəssislərin suallarına cavab verə bilməyib. Primitiv baza suallarını belə cavablandıra bilməyən Ziyadın dünya rekordu arzusu yarım qalır. Hazırda bu nominasiya üzrə rekorda imza atan namizəd Emil Krebs hesab olunur. Almaniyalı diplomat Emil Krebs 1930-cu ildə ölüb. Onun 65 dildən sərbəst istifadə etdiyi, 120-dən çox dili öyrəndiyi qeyd edilir.

5. Ən yüksək IQ səviyyəli qız.

Təbii, IQ testləri intellekt səviyyəsini müəyyən etmək üçün ən ideal üsul deyil. Nəticələr hər zaman dəqiq olmasa da, testlərdən yüksək bal toplamaq da son dərəcə çətindir. 2016-cı ildə əslən Britaniyadan olan 11 yaşlı Kaşmea Vaxi məktəbdə keçirilən İQ test imtahanlarından 162 bal toplayaraq adını Ginnesin rekordlar kitabına yazıb. Bu nəticə Albert Eynşteyn və Stiven Hokinsin nəticələrindən çoxdur. Onun nəticələrini 2017-ci ildə keçirilən İQ testlərdən 162 bal toplamış əslən hindistanlı olan 12 yaşlı Rajgauri Pavar yeniləyib. Bununla da dünyanın ən ağıllı insanı seçilib.

6. Ginnesdə ən çox rekord qıran insan

Aşrita Furman Nyu-York sakinidir. O, Ginnesin rekordlar kitabına ən çox adını yazdıran insan olmağı qarşısına məqsəd qoyub. 1979-cu ildən bu günə Aşrita 259 dəfə adını rekordalar kitabına yazdırıb. Bunların əksəriyyəti qəribə yollarla qeydə alınıb, məsələn, ən çox tennis topu atmaq, Eyfel qülləsində ən çox oturan adam və.s

7. Dünyanın ən sürətli oxucusu.

Sürətli oxuma əslində bir sənətdir. Bunu hər bir insan çox asanlıqla öyrənə bilər. Səbr və çox mütaliə ilə sürətli oxu bacarığınızı inkişaf elətdirə bilərsiz. Lakin bu nominasiya üzrə bütün rekordları əlil bir insan yeniləyib. 2009-cu ildə dünyasını dəyişən Kim Pik kitabları ən sürətli oxuyan insan olub. Kim oxuduğu kitabların demək olar ki, məğzini əzbər yadına saxlaya bilirdi. Onun bir səhifəyə 8-10 saniyə vaxtı gedirdi. Səhifələri eyni anda fərqli gözlərlə oxuyan Kim Pik, sınaq zamanı oxuduğu kitabların 98%-i haqqında dəqiq informasiyalar verərək rekorda imza atıb. Onun bunu necə etdiyini heç kim başa düşə bilmirdi.

8. Tarixdə üzərək səyahət edən ilk insan

Coşua Slokam bütün həyatı boyu dənizçi kimi fəaliyyət göstərib. Təqaüdə ayrıldıqdan sonra bütün dünyada məşhurlaşmağa başlayıb. 1895-ci il aprel ayının 24-də Coşua tarixdə ilk dəfə tənha səyahət etmək qərarına gəlir. Coşua üzərək çıxdığı dəniz səyahətindən 1898-ci il iyun ayının 27-də geri qayıdır. O bu müddət ərzində 74 min kilometr üzüb.

9. Tarixdə tək uçuş edən ilk insan

Uayli Post 1930-cu illərdə məşhur pilot olub. Fəaliyyəti illərində o aviasiya ilə bağlı bir sıra rekordların müəllifi olub. Onun ən məşhur nəticəsi 7 gün18 saat 49 dəqiqə tək uçması olub. Bu nəticə ilə o adını Ginnesin rekordlar kitabına yazdırıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm