İnanılmaz parça: qışda isti, yayda sərin
Bizi izləyin

Maraq dünyası

İnanılmaz parça: qışda isti, yayda sərin

ABŞ-da mühitin temperaturuna uyğun geyinən adamı isti və soyuq saxlayan parça hazırlanıb.

Publika.az xəbər verir ki, Stanford Universitetində Yi Cuinin rəhbərliyi ilə hazırlanan yeni parça növü haqqında “Elmin inkişafı” jurnalında məqalə çap olunub.

Mətbəxdə istifadə edilən polietilen məhsullardan hazırlanan parça mühitdə isti olanda geyinəni soyuq, soyuq olanda isə isti saxlamaq xüsusiyyətinə malikdir.

Y.Cui parçanın gələcəkdə isitmə və soyutma sistemlərində qənaətə imkan verəcəyini deyib: “Nə üçün bir nəfəri isidib, soyutmaqdansa bütün binanı isidib soyudaq ki?”, - deyə alim məqalədə bildirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm