Roma hökuməti “arzu qəpikləri”nə möhtac qaldı - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Roma hökuməti “arzu qəpikləri”nə möhtac qaldı - FOTOLAR

Böyük məbləğdə borcu olan Roma bələdiyyəsi paytaxtın simvollarından biri olan “Trevi” bulağına atılan və xeyriyyə qurumlarına bağışlanan qəpikləri öz büdcəsinə qatacaq.

Publika.az xəbər verir ki, bu vaxta qədər sakinlər və turistlər tərəfindən arzu tutularaq atılan pullar şəhərdəki tarixi əsərlərin qorunmasına və xeyriyyə vəqflərinə xərclənib.

Ancaq “qəpik inqilabı”ndan sonra 2001-ci ildən etibarən “Caritas” xeyriyyə vəqfi tərəfindən toplanılan qəpiklər bələdiyyənin büdcəsinə əlavə ediləcək. Buna səbəb isə Vircinya Raqqinin rəhbərlik etdiyi Roma bələdiyyəsinin 7 milyard civarında borcunun olmasıdır.

Qeyd edək ki, “Caritas” xeyriyyə vəqfi bulaqdan topladığı pulları İtaliyanın yardıma möhtac vətəndaşları üçün açılan pulsuz “L´Emporio della Soliderieta” marketinə, peyvənd məntəqələrinə və evsizlər üçün sığınacaq düşərgəsinə xərcləyirdi.

Təkcə keçən il “Trevi” bulağından 1 milyon 400 min avro civarında pul toplanıb ki, bu da “Altemps Sarayı”, “Terme di Diocleziano”, “Crypta Balbi ve Massimo Sarayı” kimi muzeylərdən əldə edilən gəlirin cəmindən daha çoxdur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm