Maraq dünyası
“Salam xanım, vaxtınız varsa, sizinlə cütləşmək istəyirəm” desən...
Həyatı boyu heç bir dəfə də olsun, aşiq olmayan adam varmi?!
Sevgi haqqında saatlarla danışa bilərik; müxtəlif izahlar verə bilərik...
Amma bir az dərinə getsək, məlum olur ki, əslində, sevgi haqqında heç nə bilmirik.
Niyə sevirik? Bu, necə baş verir?
Gəlin görək, elmi nöqteyi-nəzərdən yanaşanda sevgi nədir...
Amerika psixoloqu Dorati Tennor özünün “Sevgi və aşiq olmaq” kitabında yazır ki, sevgi – adicə bioloji mexanizmdən başqa bir şey deyil.
Sevgi bir bioloji fərd kimi bizim törəyib-çoxalmağımızı təmin edən ən adi – yemək, yatmaq, tualete getmək kimi – ehtiyacdır. Məhz ona görə də sevgi hissi, adətən, güclü seksual istəklə müşayiət olunur.
Qısası, romantik şairlərin sevgi haqqında yazdıqları mücərrəd şeirlər adicə aldanışdır.
Sevgi hissi orqanizmdə müxtəlif bio-kimyəvi proseslərə səbəb olur.
Tərcübələr nəticəsində müəyyən edilib ki, sevgi zamanı orqanizmdə iki növ hormon ifraz olunmağa başlayır:
1.Feniletilamin. Bu, hormon beyində yaranmağa başlayır. Feniletilamin işi sevən adamın gözlərini kor etməkdən ibarətdir. Elə ki, feniletilamin ifraz olunmağa başladı, sənin gözün sevdiyin obyektdən başqa heç nəyi görməyəcək.
2.Oksitosin. Oksitosin beyində yaranır. Bu, hormonun vəzifəsi cinsi orqanları qıcıqlandırmaqdan ibarətdir. Məhz onun sayəsində biz sevdiyimiz obyektə qarşı ehtiras hiss edirik.
Bu iki hormon bizdə əks cinsə qarşı seksual maraq yaratmağa xidmət edir. Biz isə bunu “sevgi” adlandırırıq. Onda nəsə ilahi, fövqəltəbii, poetik çalar axtarırıq.
Yəqin ki, dünyanın ilk şairi - “səni sevirəm” sözünü ilk dəfə dilə gətirən adamdır.
Bəs necə!
İndi bir özün düşün: hər gün girib profilində eşələndiyin, şəkillərinə “ürək” qoyduğun, postlarına şərh yazdığın – bir sözlə, diqqətini çəkmək üçün dəridən-qabıqdan çıxdığın o qəşəng qıza “Salam xanım, üzr istəyirəm, vaxtınız varsa, mən sizinlə cütləşmək istəyirəm!” desən, kobud alınmazmı?!
Əli
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO