8 tonluq PLOV bişirildi - Dünyada İLK - - FOTO
Bizi izləyin

Maraq dünyası

8 tonluq PLOV bişirildi - Dünyada İLK - - FOTO

Özbəkistanda dünyada ilk dəfə 8 ton ağırlığında plov bişirilib.

Publika.az xəbər verir ki, ötən il Daşkənddə keçirilən Ənnənəvi Mədəniyyət Festivalında bişirlən plovun çəkisi 7360 kiloqram olub. Hazırlanan özbək plovu Ginnesin Rekordlar Kitabına düşüb. Bu dəfə isə Surxandərya vilayətinin Denauy rayonunda hazırlanan 8 tonluq plov dünya mətbuatının diqqətini çəkib.

Plov vilayətin 46 peşəkar aşpazı tərəfindən hazırlanıb. Surxandərya aşpazları rekordu təzələyib və 8 tonluq plov hazırlayıblar. Nəticələrin Ginnesin Rekordlar Kitabına düşüb-düşməyəcəyi haqqında məlumat yoxdur.

Hazırlanan plov Surxandərya vilayətində yerləşən hərbi hissələrə, internat məktəblərinə, uşaq evlərinə, əlillərə və aztəminatlı ailələrə paylanıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm