Maraq dünyası
5 ayaqlı quzu hər kəsi heyrətləndirdi - FOTOLAR
Beşayaqlı heyvan görənləri heyrətə gətirib.
Publika.az xəbər veri ki, sosial şəbəkələrdə maraqla izlənən görüntülər İngiltərənin Darem qraflığında yerləşən fermaların birində çəkilib. Fermer iddia edir ki, dünyaya gələn quzunun nə az, nə çox, düz 5 ayağı var.
Heyvanın sahibi daha əvvəl belə bir vəziyyətlə qarşılaşmadığını deyib və quzunun sağ qalacağına ümid etməyib. Ona görə də, quzuya "Hope" (Ümid) adını qoyub. Qüsurlu doğulmasına baxmayaraq, quzu artıq 2 həftədir ki, həyatla mübarizə aparır. O, rahat yeriyə bilmir, ancaq fermer quzunu özündə saxlayıb.
Dünya mətbuatının diqqətini çəkən beşayaqlı quzunun 5-ci ayağı sağ tərəfindədir. Pəncəsi digər ayaqları kimi sağlamdır və iki yerə ayrılır.
Baytarlar deyir ki, fiziki qüsurlu doğulan heyvanlar çox yaşamır. Lakin quzunu tibbi baxışdan keçirən baytar əməliyyata ehtiyac olmadığını deyib. Beşinci ayaq ona heç bir narahatlıq yaşatmayacaq.
Könül Cəfərli
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı