Maraq dünyası
İlk telefon haqqında MARAQLI FAKTLAR
Bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonların harda, nə zaman və kim tərəfindən ixtira edildiyi haqqında çox az insan məlumatlıdır. Bu cihaz vasitəsilə insanlar bir-birilə əlaqə saxlayır, musiqiyə qulaq asır, şəkil və video çəkir, sosial şəbəkələrdən faydalanır. Eyni zamanda müxtəlif fərqli xidmətlərdən də istifadə edilə bilir. Həyatımızın ayrılmaz parçasına çevrilən bu mükəmməl cihazı ixtira edən mükəmməl adam isə amerikalı alim Martin Kuper olub.
Publika.az mobil telefonlar haqqında maraqlı faktları təqdim edir:

1928-ci ilin 26 dekabrında Ukraynadan ABŞ-ın Çikaqo ştatına mühacirət etmiş yəhudi ailəsində dünyaya gəlib. 1950-ci ildə İllinoys Texnologiya İnstitutunun mühəndis-elektrotexnika fakültəsini bitirən M.Kuper ABŞ-ın Hərbi-Dəniz Qüvvələrində zabit kimi xidmət etməyə başlayıb. Koreya müharibəsindən sonra Martin teletaypın yaradılması üzərində iş həyata keçirən “Western Electric” şirkətində işə düzəlir. Lakin 1954-cü ildən o, “Motorola” şirkətində işə başlayır. O, İllinoys Texnologiya İnstitutunda elektrotexnika üzrə magistr dərəcəsinə layiq görülür və şirkətdə çalışmaqla yanaşı, pedaqoji fəaliyyətlə məşğul olmağı unutmur. Kuper “Motorola” şirkətində avtomobil radiotelefon şəbəkəsinin təkmilləşdirilməsi ilə məşğul olurdu. Bu vasitə tamamilə böyük və narahat olmasına baxmayaraq çox məşhur idi və bu məşhurluq sürətlə artmaqda davam edirdi.
M.Kuperə mobil rabitənin yaradılmasına stimul verən əsas
ideyalardan biri , hələ 1946-cı ildə “AT&T Bell Labs”
şirkətində ağlına gəlmişdi. O zaman bu firma dünyada ilk
radiotelefon xidmətini yaratdı: bu, telefonun və radioötürücünün
hibridi idi - maşında qurulmuş radiostansiyanın köməyi ilə ATS-də
siqnalı vermək və adi telefon zəngini etmək mümkün idi.
Radiotelefona zəng daha mürəkkəb yolla olurdu: abunəçiyə telefon
stansiyasına zəng vurmaq və maşında qurulmuş telefon nömrəsini
bildirmək lazım idi. Radiotelefonların imkanları məhdud idi:
maneələr və radiostansiyanın kiçik hərəkət radiusu problem
yaradırdı. 1960-cı illərin əvvəllərinə kimi şirkətlər mobil
rabitənin yaradılması sahəsində araşdırmalar keçirməkdən imtina
edirdilər. Onlar elə düşünürdülər ki, prinsip etibarilə, yığcam
mobil telefon aparatı yaratmaq mümkün deyil. Həmçinin “AT&T”
təcrübəsi də onların qarşısını kəsirdi. Belə ki, şirkət 1947-ci
ildə “yol xidməti” sistemini yaratdı – o, radiotelefonları Nyu-York
və Boston arasında daim səfər edən biznesmenlərə və sürücülərə
təklif etdi. Beş il işdən sonra bu xidmət müştərilərin
çatışmazlığına görə bağlandı. Amma təxminən 10 il “AT&T Bell
Labs” və “Motorola” paralel olaraq mobil rabitənin yaradılması
üstündə tədqiqatlar aparmağa başladılar. Nəticədə, “Motorola”
Martin Kuperin sayəsində uğur qazanmağı bacardı və qalib gəldi.
Martin Kuperin texnologiya əsrini fəth edən möhtəşəm
ixtirası

Kuper deyirdi ki, mobil telefonun ölçüsünü o qədər azaltmaq
lazımdır ki, insanlar onu asanlıqla əldə daşıya bilsinlər. Lakin
20-ci əsrin 70-ci illərinin başlanğıcına qədər heç kəs buna nail
olmamışdı. 1973-cü il 3 aprel tarixində “Motorola”nın rəqibi “Bell
Laboratories” şirkətinin konstruktor bölməsində telefon zəngi
eşidildi. “Tap, mən hardan zəng edirəm?" - dəstəkdə Martinin səsini
tədqiqat bölməsinin başçısı Koel Enqel eşidir. - “Mən sənə əsl
mobil telefondan zəng edirəm”.
Mobil telefondan edilən ilk zəng faktiki olaraq, telekommunikasiya
sahəsində yeni dövrün başlanğıcı olub.
Mobil telefonun ilk modelinin hazırlanmasına şirkət tərəfindən 90 milyon dollar vəsait ayrılır. İlk yığcam telefonun ixtirasına qədər 14 kiloqramlıq telefonlardan istifadə edildiyi halda, yeni dövr telefonlarda bütün bu texnologiya 1 kq kiçik qutuya yerləşdirildi.
Martin Kuperin “DynaTAC” modelinin ölçüləri 22,5x12,5x3,75 sm, çəkisi 1 kiloqram olub. Sözügedən qurğuda ümumilikdə 2 min olub. Onun akkumulyatoru isə cəmi 20 dəqiqə danışıq üçün bəs edirdi. İlk simsiz zəng həyata keçirən Martin şirkətin ilk mobil telefonu bazara yalnız 10 il sonra çıxarıb. Lisenziyanın alınması və şəbəkənin yaradılması uzun müddət vaxt tələb edib. Nəhayət, 1983-cü il, 6 mart tarixində dünyada ilk mobil telefon buraxıldı. Həmin gün “Motorola” şirkəti “DynaTAC 8000X” aparatını təqdim etdi. İlk olaraq ABŞ-ın Rabitə üzrə Federal Komissiyası tərəfindən telefonun kommersiya məqsədilə istifadəsi təsdiq edildi. Telefonun satış qiyməti 3995 dollar təşkil edirdi. “Motorola” nümayəndələrinin sözlərinə görə, yüksək qiymətə baxmayaraq, yeni ixtira istifadəçiləri o qədər ruhlandırdı ki, “DynaTAC 8000X”-ı əldə etmək üçün növbəyə minlərlə amerikalı yazılmışdı.
Mobil rabitənin inkişafı

İlk illərdə şirkət texniki səbəblərə görə mobil telefona sahib
olmaq arzusunda olanların əksəriyyətini bu qurğu ilə təmin edə
bilmirdi. Lakin sonrakı illərdə texniki problemlər aradan
qaldırıldıqdan sonra telefon istifadəçilərinin sayı sürətlə artdı.
Dünyada artıq 1990-cı ildə 11 milyon mobil telefon abunəçisi var
idi. Mobil texnologiyaların yayılması bu xidməti daha ucuz,
keyfiyyətli və əlçatan etdi. Beynəlxalq Telekommunikasiya
İttifaqının məlumatına görə, 1995-ci ildə artıq mobil telefon
istifadəçilərinin sayı 90.7 milyon nəfərə çatdı, sonrakı 6 il
ərzində istifadəçilərin sayı 10 dəfə artdı. 2003-cü ildə isə artıq
1.29 milyard abunəçi qeydə alınmışdı.

Hazırda dünyada mobil telefon abunəçilərinin sayı əhalinin sayını
keçmək üzrədir. BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqı gələn
il mobil telefon abunəçilərinin sayının 7 milyardı keçəcəyini
açıqlayıb. Hazırda isə bu rəqəm 6 milyard 800 milyondur. Abunəçi
sayına görə rekord qıran bölgə Müstəqil Dövlətlər Birliyidir. Mobil
telefondan ən az istifadə edən əhalinin böyük hissəsi Afrika
qitəsidir. Əhalisinin 300 milyonu gündə bir dollardan az pulla
yaşayan Hindistanda isə xalqın yarısından çoxunun mobil telefonu
var. Bu ölkədə mobil telefon istifadəçilərinin sayı 900 milyon
civarındadır.

Telefonun ilk ixtiraçısı M.Kuper bu gün müasir smartfonları
bəyənmir. O, müasir mobil telefonları tənqid edərək bildirib ki,
çoxfunksiyalı qurğular burada qurulmuş funksiyaların hər birini
orta keyfiyyətlə yerinə yetirir. Onun sözlərinə görə, gələcəkdə hər
biri öz funksiyasını əla yerinə yetirəcək bir neçə xüsusi təyinatlı
qurğular daha çox aktual olacaq. Kuper həmçinin “Apple iPhone”
smartfonunun interfeysinin narahat olduğunu bəyan edib.
Könül
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama












.jpg)




















