Bu təyyarələr kök sərnişinləri daşımayacaq - QADAĞA
Bizi izləyin

Maraq dünyası

Bu təyyarələr kök sərnişinləri daşımayacaq - QADAĞA

"Thai Airways" aviaşirkətinin "Dreamliner" təyyarələrinin biznes-klass yerləri kök sərnişinlərin istifadə edə bilməyəcəyi təhlükəsizlik yastıqları və kəmərlərlə təchiz olunacaq.

Bu barədə Trend "Bankok Post"a istinadən xəbər verir.

Aviaşirkətin Təhlükəsizlik və Standartlar şöbəsinin vitse-prezidenti deyib ki, beli 142,24 sm-dən enli olan sərnişinlər kəmərləri standartlara cavab verəcək şəkildə bağlaya bilməyəcəklər.

Bununla bağlı, "Thai Airways" sərnişinlərin belinin ölçüsü ilə bağlı məhdudiyyətlər qoyub və uşaqların qucaqda aparılmasını kəmərlərin konstruksiyasına görə qadağan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm