Meyxana demək günahdırmı?
Bizi izləyin

İnanc

Meyxana demək günahdırmı?

Söyüş, qeybət söyləmək, yalandan and içmək də günaha səbəb olar.

Meyxana öz-özlüyündə günah deyil. Amma haram şərtlərlə deyilərsə, günah olur.

Yəni haram musiqi sədaları altında meyxana söyləmək günahdır. Eləcə də, meyxananın sözlərində əxlaqa, dini dəyərlərə zidd olan ifadələr işlətmək, söyüş, qeybət söyləmək, yalandan and içmək də günaha səbəb olar.

Ümumiyyətlə, meyxanaların çoxu adətən, mənasız və faydasız mövzulara həsr edilir. Hətta müqəddəs mövzulara toxunulsa belə, bunu bayağı şəkildə və haram məclislərinə xas olan şəraitdə edirlər. Ona görə də, bacardıqca meyxana deməkdən, meyxanaya qulaq asmaqdan uzaq olmaq məsləhətdir. Vaxtımızı daha dəyərli və savablı işlərə sərf etsək həm bu dünyada, həm də axirətdə xeyir qazanarıq. (islam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm