Təpəgöz keçiyə sitayiş edənlər - VİDEO
Bizi izləyin

İnanc

Təpəgöz keçiyə sitayiş edənlər - VİDEO

Əhalinin sitayiş hədəfinə çevrilib.

Hindistanın Assam kəndində doğulan təpəgöz keçi kənd əhalisinin sitayiş hədəfinə çevrilib.

Publika.az xəbər verir ki, veterinarlar anomal doğulmuş keçinin çox yaşamayacağını deyirdilər. Amma çəpiş bütün gümanların alt-üst edərək yaşayıb, hələ üstəlik digər çəpişlərə qoşulub ora-bura qaçır.

Təpəgözün sahibi Muxuri Das bunun ilahi əlamət olduğunu deyir. Elə qonşular da tez-tez bu evə gəlib nəzir-niyaz gətirirlər. Çoxları isə sadəcə tamaşa etmək üçün bura təşrif buyurur.

Qeyd edək ki, hindlərdə heyvanlara inanc geniş yayılıb.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm