İnanc
Bu işgəncə növü SİZİ ŞOKA SALACAQ: “dəmir qız”la insanları... - FOTO
Orta əsrlərin ən dəhşətli cəza alətlərindən söz düşəndə, ilk baxışdan qadını xatırladan dəmir dolabı yada salmamaq olmaz. Bu dəmir qutu bütün dövrlərin ən qorxunc cəza alətlərindən biridir.
Publika.az bildirir ki, “dəmir qız” adlandırılan bu alətdə qandonduran cəza həyata keçirilirdi.
Bu cəza növü o qədər dəhşətli idi ki, tarixçilər həqiqətən də onun istifadə edilib-edilmədiyinə şübhə ilə yanaşırlar. Onar düşünürlər ki, bu qutudan insanların xristianlığı qəbul etməsi məqsədilə sadəcə qorxutmaq üçün istifadə olunub. Bu dəmir tabuta canlı insan qoyub, ona işgəncələr vermək üçün, insan bütün hisslərini itirməlidir.
Təəssüf ki, XX əsrin sonlarında “dəmir qız”ın təcrübədən keçirildiyini sübut edən sənədlər tapılmışdı.
Qadın şəkilində hazırlanmış bu tabutabənzər qutunun içərisində 20 santimetrlik mismarlar olurdu. Məhbusu içərisinə qoyub, möhkəm bağlayırdılar ki, mismarlar bədəninə tam girsin. Bu mismarlar qutunun elə hissəsinə bərkidilirdi ki, vücuda batanda həyatı təhlükə yaratmasın. Mismarlar əl ayaq, omba çiyinlər və gözlərə batırdı. Bu iztirab bəzən 1 neçə saat davam edirdi. Qaranlıq dar qutu isə məhbusun əzablarını birə beş artırırdı. Mismarların bədənə girdiyi deşiklərdən tədricən qan axmağa başlayır, qutunun içərisi qana bürünürdü.
Tabutun üzərindəki simanın isə Müqəddəs Məryəmə məxsus olduğu bildirilirdi. Bu isə hökmdarlara görə, xristianlığın bütün şərəfli qələbəsinin rəmzi idi.
Orta əsrlərdə buna bənzər cəza növləri çox idi. Hesab olunur ki, bu əsrlər dünya tarixinin ən məşəqqətli dövrü olub.
Dövrün ən qəddar hökmdarı ispan kralı Tomas de Torkvemadadır. O, xristian dinini yaymaq üçün minlərlə yəhudi və mavrları işgəncələrə məruz qoyub, kütləvi qırğınlar, yanğınlar həyata keçirib.
Tarixi mənbələrə görə, Tomas gənclik illərində heç bir dinə sitayış eməyib. Sevdiyi qızın ona yəhudi ilə xəyanətindən qəzəblənən gələcək hökmdar xristianlığı qəbul edib. Yer üzündəki digər dinlərə sitayiş edən insanları nəyin bahasına olursa-olsun işgəncələrə məruz qoyacağına and içib. Xristianlıq dinin yayılması məqsədilə insanlara verilən bu işgəncələr inkvizisiya adlanırdı. Sərt və vəhşət dolu inkvizisiya növləri yalnız XIX əsrin sonlarında ləğv olundu.
Leyla Sarabi
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO