İnanc
Fransızların heyrətamiz adətləri
Hər bir xalqın özünəxas xüsusiyyətləri adət və vərdişləri var. Çox zaman bu adətlər həmin millət üçün adi görünsə də digər xalqların dərin təəccübünə səbəb olur.
Publika.az fransızların 9 milli adət-ənənələrinin siyahısını təqdim edir.
Salamlamaq əvəzinə “işlər necədir” deyə soruşurlar
Fransızların standart dialoqu bu sözlərlə başlayır: “Ça va? — Ça va!” (sa va), tərcümədə “İşlər necədir?-Yaxşıdır!” deməkdir. Bu ifadələri səsləndirəndən sonra həmsöhbətlər bir-birində dərin açıqlama gözləmirlər. Bu sadəcə şablon ünsiyyət formasıdır.
Fransızlar görüşəndə hər iki yanaqdan öpürlər
Fransızların salamlamaq adətlərindən danışanda əsas adətlərini unutmaq olmaz. Onlar görüşərkən hər iki yanaqdan öpürlər. Öpüşlərin sayı bölgələrə görə arta da bilər.
Suyu krandan içirlər
Bəli, fransızlar evdə hətta küçələrdə və parklarda suyu krandan içirlər. Çünki bu ölkədə su təmizləyən qurğular var. Doğrudur hər bir ərazinin, şəhərin su təmizləmə sistemi bu prinsipə eyni səviyyədə əməl etmirlər. Lakin bütövlükdə götürsək, bu ölkədə su təmizdir. Suyun saflaşdırılması fransızlara baha başa gəlir. Onlar hər ay kommunal xərclərə təxmini 200 avro pul ödəyirlər. Buna görə də hazır içməli su almırlar. Hətta restoran və kafelərdə qrafin dolu kran suyu sifariş etsəniz pul xərcləmirsiniz.
Bundan əlavə parklarda tez-tez hevanlarla eyni krandan su içən azyaşlıların şahidi ola bilərsiniz. Bu fransızlar üçün adi hal sayılır.
Nahar vaxtı qaçırlar
Əksər fransız ofislərində, banklarda və dövlət müəssisələrində nahar fasiləsi adətən 2 saat davam edir. Bu işçilərini düşünən rəhbərliyin ən yaxşı təşəbbüsüdür. Fransızlar ailəvi naharlara çox böyük üstünlük verirlər. Onlar nahar fasiləsinə evə gəlir, birgə nahar edirlər. Sağlam həyat tərzinə üstünlük verənlərsə bu boş zamandan istifadə edib, yürüş edirlər. Parklarda yol kənarları ilə qaçırlar.
Bu mənada rəqəmsal texnikanın sürətli inkişafı fransızlardan qismən də olsa yan keçib.
Onlar kütləvi şəkildə istirahətə gedirlər
Fransızların məzuniyyəti çoxlarının paxıllıq mənbəyidir. Onların məzuniyyət müddətləri adətən 25 gün yəni 5 bütöv həftədən ibarətdir. Həftəlik iş saatı 35 yox 39 saat olan işçilərinsə şansı daha çox gətirib. Belə ki, onlar daha çox məzuniyyət günləri əldə edirlər. Avqust ayı adətən bu ölkədə isti keçdiyi üçün insanlar kütləvi məzuniyyətə gedirlər.
Qonaqlığa öz şərab şüşələrilə birgə gedirlər
Əgər sizi fransızlar qonaq dəvət ediblərsə, 1 şüşə şərab alıb apara bilərsiniz. Bu hədiyyə getdiyiniz ailənin çox xoşuna gələcək. Çox vaxt qonaqlığa ev sahibliyi edən ailə yeməklərin siyahısından hərkəsi xəbərdar edirlər. Qonaqlar da buna uyğun şərab seçimi edirlər. Fransızların sevimli hədiyyələrindən biri də gül və çiçəklərdir.
Pendir mədəniyyəti
Fransızlar pendirə xüsusi həssalıq və sevgi ilə yanaşırlar. İstənilən fransızın soyuducusunda ən az iki növ pendir olur. Fransada 400-dən artıq pendir növü istehsal olunur. Onların hər biri müxtəlif damaq dadları üçün nəzərdə tutulub. Fransızlar üçün pendir qəlyanaltı deyil bütöv bir mədəniyyət, sevimli yeməkdir. Pendir adətən fransız süfrələrinə yeməkdən sonra, desertdən öncə gəlir. Çox vaxt yanında qoz və üzüm də qoyulur.
Leyla Sarabi
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO