1936-cı ilə aid Azərbaycan xəritəsi - Türklər 83,4 faiz
Bizi izləyin

Tarix

1936-cı ilə aid Azərbaycan xəritəsi - Türklər 83,4 faiz

"Kolleksiya" layihəsində növbəti materialımız 1936-cı ilə aid Azərbaycan xəritəsidir. Bu xəritə həmin illərdə Avropada Azərbaycan davası aparan Məhəmmədəmin Rəsulzadə tərəfindən yayımlanıb. 28 may münasibətilə çap olunan açıqcanın üzərində "Kafkasya Azerbaycan Cümhuriyeti Haritası" yazılıb və ölkə haqqında bəzi bilgilər verilib:

Böyüklüyü: 94, 000 kv.km

Əhalisi: 3, 500 000

Türklər: 83, 4 %

İllik petrol: 17, 000 000 ton

Dəmiryolları: 1250 km

Şose yolları: 1600 km

Açıqcanın arxasında isə 28.V.1936 və Rəsulzadənin "İnsanlara hürriyyət, millətlərə istiqlal" sözləri yazılıb.

Publika.az teleqraf.com-a istinadən 81 il öncəyə aid Azərbaycan xəritəsini təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm