Cazmenimiz Argentinada festivalda iştirak edib
Bizi izləyin

Mədəniyyət

Cazmenimiz Argentinada festivalda iştirak edib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının simfonik estrada orkestrinin bədii rəhbəri, əməkdar incəsənət xadimi, bəstəkar, pianoçu Salman Qəmbərov Argentinada keçirilən "Piano-Piano" adlı beynəlxalq musiqi festivalında bədii rəhbəri qismində iştirak edib.

S.Qəmbərovu festivala Azərbaycanın Braziliyadakı səfirliyi ilə əməkdaşlıq edən braziliyalı musiqiçi Benjamin Taubkin dəvət edib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Argentina Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Kirşner Mədəniyyət Mərkəzində reallaşan konsertdə Salman Qəmbərov, xalq artisti, tanınmış kamança ifaçısı Fəxrəddin Dadaşov və zərb alətləri ifaçısı Eldar Qafarov "Lətif" layihəsi ilə çıxış ediblər.

Bu beynəlxalq əhəmiyyətli festivalda musiqiçilərimizlə yanaşı, dünya şöhrətli ifaçılar da iştirak ediblər.

Qeyd edək ki, 2013-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalında iştirak edən B.Taubkin Azərbaycan bəstəkarı Eldar

Mansurovun "Bayatılar" musiqisini Braziliyada səsləndirib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm