Mədəniyyət
Heydər Əliyev Mərkəzində rəsm sərgisinin açılışı olacaq - FOTO
Bu gün Heydər Əliyev Mərkəzində “Müasir Türk Rəsm Sənətində Təxəyyül, Məkan və Zaman” adlı sərginin açılış mərasimi keçiriləcək.
Mərkəzdən verilən məlumata görə, Bakıda ilk dəfə təqdim olunan bu sərgi Türkiyə Respublikasının Mərkəzi Bankı ilə birgə təşkil edilib.
Sənətsevərlər ekspozisiyada Türkiyənin rəsm sənətinin inkişaf və dəyişmə dinamikasını izləyə biləcək.
Qeyd edək ki, Türkiyə Respublikası Mərkəzi Bankı respublikanın qurulduğu ilk illərdə mədəniyyət və incəsənətin inkişafına dəstək məqsədilə sənət kolleksiyası yaratmağı qərarlaşdırmışdı. 1930-cu illərin ikinci yarısından etibarən formalaşdırılan kolleksiya bu günümüzə qədər Türkiyə rəssamlığının görkəmli nümayəndələrinə aid əsərlərlə zənginləşdirilib. Kolleksiyadakı əsərlərin sayı artıq 900-ə çatıb və onların əksəriyyəti rəsmlərdən ibarətdir.
2003-cü ildən indiyə kimi 16 ölkədə kolleksiyanın əsərlərindən
ibarət 18 sərgi təşkil olunub. ABŞ, Almaniya, Albaniya, Avstriya,
Bosniya və Hersoqovina, Bolqarıstan, Kipr, Lüksemburq, Çili,
İspaniya (Madrid və Barselona), Makedoniya, Niderland, Rusiya
(Kazan və Ufa), Polşa, Yaponiya və Malayziyada keçirilmiş
sərgilərdə müxtəlif unikal əsərlər təqdim edilib.
Sənət kolleksiyasının seçmə əsərlərindən ibarət olan “Müasir Türk
Rəsm Sənətində Təxəyyül, Məkan və Zaman” sərgisi Heydər Əliyev
Mərkəzində 31 iyul 2015-ci il tarixinədək davam edəcək.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?