Mədəniyyət
“Sabir poeziya günləri” başlayır
Mayın 30-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Sabir poeziya günləri”nin açılış mərasimi keçiriləcək.
AYB-dən Publika.az-a verilən xəbərə görə, 1962-ci ildən ənənəvi
olaraq təşkil edilən tədbirdə tanınmış ədəbiyyat xadimlərinin
çıxışları dinləniləcək, “Sabir” sənədli filmi nümayiş etdiriləcək,
xalq artistləri Alim Qasımov, Mələkxanım Əyyubova, Əməkdar artist
Fərqanə Qasımova, xanəndə Elnarə Abdullayevanın ifasında muğam və
mahnılar səslənəcək.
Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimlərini, xarici qonaqları bir araya gətirəcək tədbir mayın 31-də şairin doğulduğu Şamaxıda davam edəcək.
Qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini, şairin ev-muzeyini və məqbərəsini ziyarət edəcəklər. Mədəniyyət mərkəzində təşkil olunacaq tədbirdə xalq artisti Zabit Nəbizadə, Əməkdar artist Firuz Səxavət, xanəndə Abgül Mirzəliyev və Şirvan aşıqlarının iştirakı ilə musiqi çələngi də təqdim ediləcək. Poeziya günlərinin bədii rəhbəri və aparıcısı şair Əjdər Oldur.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu