Fransada muğam axşamı təşkil edilib - FOTOLAR
Bizi izləyin

Mədəniyyət

Fransada muğam axşamı təşkil edilib - FOTOLAR

Fransanın Nant şəhərində Azərbaycanın Fransadakı Səfirliyi, Paris Azərbycan Evi, Azərbaycanın Dostları Assosiasiyası və Nant şəhərinin meriyası ilə əməkdaşlıq çərçivəsində muğam konserti təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, tədbirin açılışında Fransanın müxtəlif bölgələrində həyata keçirilən və Azərbaycanın zəngin, qədim mədəniyyətinin tanıdılmasına xidmət edən çoxsaylı layihələr, xüsusən də Heydər Əliyev Fondunun «Qafqazın mirvarisi: Azərbaycanın mədəni dəyərləri» adlı layihəsi barədə məlumat verilib. Azərbaycanın Fransadakı Səfirliyinin əməkdaşı Ayaz Qocayev belə tədbirlərin Fransa kimi nüfuzlu ölkədə Azərbaycanın tanıdılması baxımından əhəmiyyətini vurğulayıb və gələcəkdə də davam etdiriləcəyini qeyd edib. O həmçinin Azərbaycanda hazırda böyük uğurla keçirilən I Avropa Oyunları haqqında məlumat verilib.

Çıxışlardan sonra tamaşaçılar, Azərbaycanın əməkdar artistləri kamança ustası Elşən Mansurov, tarzən Malik Mansurov və gənc xanəndə Kamilə Nəbiyevanın ifasında muğam musiqisini dinləyib. Konsert proqramında Qarabağ şikəstəsi də daxil olmaqla, məşhur muğam parçaları səsləndirilib.

Konsertdən sonra tamaşaçılara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycana aid təbliğat materialları və I Avropa Oyunlarına aid suvenirlər, aksessuarlar paylanılıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm