Mətbəx
Ən həcmli xəmir RESEPTİ
Publika.az bugünədək sınanmış ən həcmli mayalı xəmir reseptini təqdimedir. İnanmayacaqsınız, amma xəmirin tərkibində kartof da var.
Tərkibi:
• yarım litr su
• 1 ədəd iri kartof
• 3 ç/q quru maya
• 3 x/q şəkər tozu
• 1 ç/q duz
• təxmini 7 stəkana yaxın un
• 1 stəkan günəbaxan yağı
Hazırlanması:
Kartofu soyub, xırda doğrayın. Yarım litr suda tam bişənədək qaynadın. Suyunu süzmədən blender və ya püreəzənlə püre halına gətirin. Sonda blinçik xəmiri qatılığında kütlə alınmalıdır. İndi isə xəmiri hazırlamağa başlayın. İlıq kartoflu kütləni bir qaba tökün, üzərinə maya, duz, şəkər tozu və bitki yağının böyük hissəsini (birazını sonda tökmək üçün saxlayın) əlavə edib, qarışdırın. Bir neçə stəkan un da töküb, 30 dəqiqə otaq temperaturunda saxlayın. Vaxt tamam olanda yavaş-yavaş yerdə qalan un və yağı da əlavə edin. Xəmiri öncə qaşıqla, sonra qatılaşdıqca əlinizlə yoğurun. Qabın kənarlarını yağlayıb, xəmiri qoyun. Üzərini örtüb, xəmirin tam acımağını gözləyin.
Sonra tavada istədiyiniz içlikli pirojki hətta sobada dadlı bulkalar hazırlaya bilərsiniz.
NUŞ OLSUN!
Leyla Sarabi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi