İstidən limonadla xilas olun!
Bizi izləyin

Mətbəx

İstidən limonadla xilas olun!

Yayda içkilər bizim xilasedicilərimizə çevrilirlər. Bizi istidən xilas edib sərinlədən içkilərdən biri də limonaddır.

Publika.az-ın mətbəx bölməsi limonad reseptini təqdim edir:

Lazım olan ərzaqlar:

1 ədəd portağal

3 ədəd limon

4-5 xörək qaşığı şəkər tozu

700 ml. su

350 ml. qazlı su

Hazırlanması:

Limonların və portağalın qabığını soyub bir qaba doğrayın. Üzərinə şəkəri əlavə edin. Daha sonra üzərinə qaynanmış suyu əlavə edib soyumasını gözləyin. 5-6 saat soyuducuda saxlayın.

Soyuduqdan ələkdən keçirib suyunu çıxarın.

Meyvələrin suyunun üzərinə qazlı suyu əlavə edib qarışdırın.

Limonadınız hazırdır.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm