Nanəli-qreypfrutlu moxito içkisi – Resept
Bizi izləyin

Mətbəx

Nanəli-qreypfrutlu moxito içkisi – Resept

Publika.az-ın mətbəx bölməsi isti yay günlərində ürəyinizi sərinləşdirəcək nanəli-qreypfrutlu moxito içkisinin reseptini təqdim edir. Aşağıdakı ölçüdə hazırlanan içki 4 nəfər üçün nəzərdə tutulub.

İnqrediyentlər:

Şəkər - 0,3 stəkan

Su - ½ stəkan

Nanə yarpağı - ½ stəkan

1 ədəd qırmızı qreypfrut

ağ stəkan rom - ¾ stəkan

buz - 3 stəkan

mineral su - 1 stəkan

Hazırlanması:

1 Qazanda şəkəri və suyu qaynadın. Qazanı oddan götürdükdən sonra üzərinə nanə yarpağını əlavə edin. Qazanın qapağı örtün və 10 dəqiqə saxlayın. İçkini süzün və soyudun.

2. Qreypfrutun qabığını soyun, uzun-uzun doğrayın və üzərinə romu əlavə edib. 30 dəqiqədən sonra onu da süzün.

3. Qreypfrutun seqmentini təmizləyin.

4 Hər qədəhə 2-3 dilim qreypfrut qoyun. Üzərinə 0,75 stəkan buz əlavə edib. 3 xörək qaşığı romu, 2 xörək qaşığı nanəli siropu 0,25 stəkan mineral su ilə qarışdırın və qədəhə tökün. İçkinin üzərini də nanə yarpaqları ilə bəzəyə bilərsiniz.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm