Yayın ən rahat hazırlanan piroqu
Bizi izləyin

Mətbəx

Yayın ən rahat hazırlanan piroqu

Yayda xəmir yoğurmaq əlavə zəhmət və tər tökmək deməkdir. Bəs qızmar yay günlərində dadlı və tez başa gələn piroqu necə hazırlamaq olar?

Publika.az-ın mətbəx bölməsi asan hazırlanan piroq reseptini təqdim edir.

Ərzaqlar:

Çörək

Vetçina

Pomidor

Holland pendiri

Cəfəri

Yumurta

Yarım stəkan süd

Hazırlanması:

Əvvəlcə çörəyi, pomidoru və vetçinanı dilimləyin. Sonra onları yumru qaba şəkildə gördüyünüz kimi yanaşı düzün. Yumurtanı çırpıb, südlə qarışdırıb üzərinə əlavə edin. Daha sonra isə üzərinə holland pendiri səpin və sobaya qoyun.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm