Qazaxıstan Azərbaycan vasitəsilə yükdaşımaları artırmaq niyyətindədir
Bizi izləyin

Nəqliyyat

Qazaxıstan Azərbaycan vasitəsilə yükdaşımaları artırmaq niyyətindədir

Xəzər regionu Qazaxıstan üçün vacib nəqliyyat qovşağıdır.

Qazaxıstan 2020-ci ilədək Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları 300 min konteynerə çatdırmaq niyyətindədir.

Azərtac xəbər verir ki, bu fikir Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf Nazirliyinin “Yeni Avrasiya Logistika İnfrastrukturunun İnkişafı” mövzusuna, habelə Kurık limanı avtomobil keçidinin ikinci mərhələsinin tikintisinin reallaşdırılmasına həsr olunan brifinqində səsləndirilib.

Bildirilib ki, bu istiqamətdə yükdaşımaların artırılması Bakı-Tbilisi-Qars dəmir yolu və Kurık limanın istifadəyə verilməsi hesabına həyata keçiriləcək.

Nazirliyin xəbərində deyilir: “Xəzər regionu Qazaxıstan üçün vacib nəqliyyat qovşağıdır. Hazırda Aktau limanı modernləşdirilib və gücü 19,5 milyon tonadək artırılıb. Belə ki, 2016-cı ildə Aktau limanı vasitəsilə 13 min avtomobil nəqliyyatı keçib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 13 dəfə çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm