Nəqliyyat
Bakı-Şamaxı-Yevlax yolunda vacib YENİLİK - FOTO
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 27-100-cü km-lik hissəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədilə “Azəravtoyol” ASC tərəfindən 7 yerüstü piyada keçidi inşa edilir.
“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, yeni yerüstü piyada keçidlərindən biri yolun Qaradağ rayonu Müşviqabad qəsəbəsindən keçən hissəsində, digərləri isə Qobustan rayonunun ərazisində yerləşirlər.
Keçidlər yerləşir:
1. 27.3-cü km, Qaradağ rayonu Müşviqabad qəsəbəsi,
2. 56.7-ci km, Qobustan rayonu Cəngi kəndi,
3. 79.2-ci km, Qobustan rayonu Şıxzahırlı kəndi,
4. 86.1-ci km, Qobustan rayonu Arabu kəndi,
5. 91.7-ci km, Qobustan rayonu Nərimankənd kəndi,
6. 92.7-ci km, Qobustan rayonu,
7. 99-cu km, Qobustan rayonu.
Bütün piyada keçidləri 2 aşırımlı, üstü açıq və metal konstruksiyadan ibarətdir, yer səthindən hündürlükləri 5.5 metr, qalereyasının eni isə 3 metr təşkil edir, pilləkən hissə ilə bərabər uzunluqları 35.5-46.7 metr arası dəyişir.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Cəngi kəndi ərazisində yerləşən piyada keçidinin inşası artıq yekunlaşaraq vətəndaşların istifadəsinə verilib, digər ərazilərdə isə işlər yekunlaşmaq üzrədir.
Piyada keçidlərinin inşası ilə bağlı görülən işlər tamami ilə yekunlaşdıqdan sonra ətrafında abadlıq işlərinin aparılması, avtobus dayanacaqlarının qoyulması və sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələrin yaradılması və zəruri yol nişanlarının quraşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 1-ci texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilən 23-101-ci km-lik hissəsində 9 yerüstü piyada keçidindən əlavə, 19 yeraltı keçidin də inşası aparılır.Piyada keçidləri Azərbaycan Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən inşa olunur.
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ