Mingəçevirdə yol polisi reyd keçirdi - FOTO
Bizi izləyin

Nəqliyyat

Mingəçevirdə yol polisi reyd keçirdi - FOTO

Mingəçevir şəhər Polis Şöbəsinin yol polisi bölməsi növbəti dəfə piyadalara, qayda pozan sürücülərə, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı profilaktiki reyd keçirib.

Piyadaların hərəkətinin intensiv olduğu küçələrdə təşkil olunan reyd zamanı qayda pozan şəxslər çoxluq təşkil edib. Polis əməkdaşları həmin piyadalarla söhbətlər aparıb, onlara piyada keçidindən keçməyin zəruri olduğunu bildiriblər. Həmçinin, reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmayan və digər qayda pozan sürücülər haqqında protokol yazılaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Reydlə bağlı Mingəçevir şəhər Polis Şöbəsinin yol polisi bölməsindən bildirilib ki, reydin əsas məqsədi yol hərəkəti iştirakçıları olan piyadalar, nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparmaq olub: “Reyd zamanı şəhərin müxtəlif yerlərində piyadalar saxlanılıb, onlara izah olunub ki, piyadalar üçün müəyyən olunmuş piyada keçidlərindən istifadə etsinlər. Yolun digər tərəfinə keçərkən işıqforun tələbinə əməl etsinlər. Eyni zamanda Mingəçevir şəhərində 7-8 saylı xətt üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə görüş keçirilib və onlarla profilaktiki söhbətlər aparılıb. İzah olunub ki, sərnişindaşıma ilə məşğul olarkən qaydalara əməl edilməli, normadan artıq sərnişin götürməməli, hərəkətdə olarkən dayanacaq olmayan yerlərdə avtobusu saxlamamalıdırlar”. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm