Nida.az
Prezident hərbi xidmətlə bağlı fərman verdi
Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət
haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2015-ci il 29 may
tarixli 1302-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiqi ilə bağlı fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Nazirlər Kabineti Azərbaycan
Respublikası qanunlarının və prezidentin aktlarının “Hərbi vəzifə
və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə”
Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb prezidentə təqdim etməli, Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda
dəyişiklik edilməsi barədə” Qanuna uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib prezidentə məlumat verməlidir.
Bundan başqa Nazirlər Kabineti “Hərbi vəzifə və hərbi xidmət
haqqında” Qanunun 21.1.5-ci maddəsinə uyğun olaraq, təhsili davam
etdirmək üçün çağırışa möhlət verilən xarici ölkələrin təhsil
müəssisələrinin siyahısını Prezident ilə razılaşdırmaqla bir ay
müddətində təsdiq etməlidir.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası
barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin, həmin Qanundan irəli gələn digər məsələləri həll
etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının və normativ xarakterli aktların “Hərbi vəzifə və
hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2015-ci
il 29 may tarixli 1302-IVQD nömrəli Qanuna uyğunlaşdırılmasını
təmin edib Nazirlər Kabinetinə məlumat versin.
Müəyyən edilsin ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında”
Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Nazirlər Kabineti həyata keçirir.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO