• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

"Prezidentlə görüşdə müəyyən qərarlar qəbul edilib”

  • Nida.az
  • 22 İyul 2015 20:28
  • 352 Baxış
"Prezidentlə görüşdə müəyyən qərarlar qəbul edilib”

Milli Mətbuat Günü ilə bağlı tədbirlərdə Azərbaycan mediasının keçdiyi inkişaf yoluna, jurnalistlərin peşəkarlığının artırılmasına, onların problemlərinin həllinə, mətbuatımızın ölkəmizi daxildə və xaricdə təmsil etməsi, beynəlxalq proseslərdə iştirakı məsələlərinə dair müzakirələr aparıldı. Prezident İlham Əliyev dünən yekun olaraq Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdü. Bu görüşdə dövlətimizin başçısı media ilə bağlı fikirlərini, tövsiyələrini, mətbuatın qarşısında duran vəzifələri açıqladı.

Publika.az AzərTac-a istinadən xəbər verir ki, bu sözləri iyulun 22-də jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.

Prezidentin köməkçisi deyib: “Bilirsiniz ki, Azərbaycan Prezidenti milli mətbuatın 140 illik yubileyi ilə bağlı xüsusi Sərəncam imzaladı. Sərəncama əsasən tədbirlər planı təsdiq olundu və mətbuat nümayəndələrinin bilavasitə iştirakı, Azərbaycan Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Prezident Administrasiyasının təşkilatçılığı ilə mühüm tədbirlər keçirildi”.

Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın inkişafındakı xidmətlərindən danışan Prezident Administrasiyasının rəsmisi deyib: “Ümummilli Lider 1998-ci ildə postsovet məkanında ilk dəfə media üzərindən bütün tənzimləyici mexanizmləri, senzuranı ləğv etdi, Azərbaycanda yeni nəsil medianın təməlini qoydu. Ulu Öndər müstəqil Azərbaycanda jurnalistikanın inkişafı üçün bütün lazımi şəraiti yaratdı. Bundan sonrakı dövrdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz medianın inkişafı üçün bütün zəruri işləri görür”.

“Azərbaycan dövləti özünü mediadan kənar hiss etmir, medianın qayğılarını öz problemləri kimi qarşılayır, media nümayəndələrinə lazımi qayğı göstərir. Prezident bunu dünənki çıxışında xüsusi qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan özünü azad mediasız təsəvvür etmir və azad media bizim cəmiyyətin ayrılmaz tərkib hissəsidir”, - deyə Əli Həsənov bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR