İŞİD-ə qoşulmaq istəyən 5 azərbaycanlı həbs olundu
Bizi izləyin

Nida.az

İŞİD-ə qoşulmaq istəyən 5 azərbaycanlı həbs olundu

Türkiyə ərazisindən Suriyaya keçmək istəyən 5 azərbaycanlı saxlanılıb.


Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Türk Silahlı Qüvvələrinin hesabatında yer alıb.

Hesabatda Türkiyə hüquq-mühafizə orqanlarının son altı ayda qeyri-qanuni yollarla Suriyaya keçmək istəyən 32 ölkədən olan 457 xarici ölkə vətəndaşını saxlandığı qeyd olunub. Onların yarısı – 241 nəfəri Çin vətəndaşı olan uyğurlardır.

Hesabata görə, həbs olunanlar arasında 56 Rusiya, 30 Fələstin, 29 Türkmənistan, 13 Böyük Britaniya, 12 Fransa, 9 Səudiyyə Ərəbistanı, 7 Əfqanıstan, 6 Cənubi Koreya, 6 Tacikistan vətəndaşı ilə yanaşı, 5 Azərbaycan vətəndaşı da var. Saxlanılanların kimliyi haqda məlumat verilmir. Bununla yanaşı, Suriyaya keçmək istəyənlər arasında Almaniya, Hollandiya, Belçika, Avstraliya, Braziliya vətəndaşları da var. Həbs olunanların İŞİD sıralarına qatılmaq istədiyi bildirilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm