Nida.az
Sarkisyan devriləcək, amma bunu ABŞ etməyəcək – ABŞ nəşrindən PROQNOZ
“Ermənistandakı etiraz aksiyaları növbəti seçkinin
nəticələrini indidən bəlli edir”.
Publika.az xəbər verir ki, “The Washington
Post” nəşri Ermənistanda hakimiyyət dəyişikliyindən yazıb.
“Elektrik enerjisinin bahalaşmasından sonra Ermənistanda kütləvi
aksiyalar başladı. Bəzi rus politoloqlar iddia edirlər ki, ABŞ
Rusiyanın hakim olduğu ölkədə çevriliş etməyi planlaşdırır”, - deyə
nəşr yazır.
Məqalədə bildirilir ki, Ermənistandakı mövcud hakimiyyəti ABŞ
yox, yerli əhali devirmək istəyir: “Artıq əvvəlki vəziyyət deyil.
İnsanlarda birlik yaranıb və problemlərə qarşı etiraz etmək
qabiliyyəti formalaşır. Misal üçün, 2013-cü ildə Ermənistanda ciddi
etiraz aksiyaları baş verdi. O vaxt polis etirazın qarşısını aldı.
Bu dəfə isə daha geniş çaplı etirazlar davam edir. Lakin maraqlıdır
ki, bu etirazın lideri yoxdur. Serj Sarkisyan vəziyyəti nəzarətdə
saxlamaq üçün etirazçıların nümayəndələrini qərargahına dəvət etdi.
O zaman məlum oldu ki, kütlənin lideri yoxdur. Bu isə etirazın
siyasi mahiyyətindən çox, sosial tərəfinin olduğunu göstərir.
İnsanlar elektrik enerjisinin qiymətinin aşağı salınmasını istəyir
və digər sosial problemlərin həlini tələb edir. Bu aksiyalar
Ermənistanda yeni siyasi nəslin həddi-buluğa çatdığını göstərir. Bu
amil növbəti seçkilərin nəticələrini indidən proqnozlaşdırmağa əsas
yaradır”.
Asif Nərimanlı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO