“Krıma getməklə Suriyaya getmək eynidir” -Siyavuş Novruzov
Bizi izləyin

Nida.az

“Krıma getməklə Suriyaya getmək eynidir” -Siyavuş Novruzov

“Krıma getməklə Suriyaya getmək eynidir” -Siyavuş Novruzov


“Arif Hacılı və Gülağa Aslanlının Krıma getməsi ilə Suriyaya döyüşməyə getmək arasında fərq yoxdur”.Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov açıqlamasında Müsavat Partiyasının başqa müavinləri Arif Hacılı ilə Gülağa Aslanlının Krıma getmək istəməsi və Rusiya polisi tərəfindən saxlanılıb geri qaytarılmasına münasibət bildirərkən deyib. S. Novruzov hesab edir ki, Suriyaya getməklə Krıma getmək mahiyyət etibarilə eynidir.

“Suriyaya gedənlər düşüncəsiz olaraq bunu edirlərsə, onlar da eyni addımı atırlar”-deyə millət vəkili bildirib.
S. Novruzov qeyd edib ki, Cinayət Məcəlləsində müddəalar var ki, belə addımların məqsədinin təxribat törətmək olduğu sübut olunsa, bu müddəalar tətbiq oluna bilər.

Qeyd edək ki, İsa Qəmbər müavinləri Arif Hacılı ilə Gülağa Aslanlı Mahaçqalada rus polisi tərəfindən saxlanılıb və geri qaytarılıb. Onlara qarşı polis tərəfindən kobudluq edildiyi deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm