Nida.az
Mirmahmud Mirəlioğlu sərt danışdı: “Hakim partiyanı qurultaya dəvət etməklə yaxşı etmişik”
KXCP sədri Mirmahmud Mirəlioğlu partiyanın bu gün
keçirilən qurultayında çıxışı zamanı bəzi qurultay nümayəndələrinin
iştirak etməməsinə sərt reaksiya verib.
Publika.az xəbər verir ki, M. Mirəlioğlu iştirak
etməyənlərin YAP-ın da qurultaya dəvət olunmasını əsas
gətirdiklərini deyib: “Bəzi qurultay nümayəndələri Yeni Azərbaycan
Partiyasını dəvət etdiyimiz üçün iştirak etməkdən imtina ediblər.
Bəzi dostlarımız da YAP-ı, Azərbaycan Prezidentinin köməkçisi Əli
Həsənovu qurultaya dəvət etdiyimiz üçün bizdən küsüblər. Bu barədə
üzümüzə deməyə cəsarətləri çatmayıb, başqaları ilə söz göndəriblər,
özləri isə gəlməyiblər. Mən burdan onlara səslənib deyirəm ki,
doğru qərar vermişik. Bizim məqsədimiz Azərbaycanı birləşdirməkdir,
ölkənin mənafeyini qorumaqdır. Siz isə öz niyyətinizi bir daha
nümayiş etdirdiniz”.
Qeyd edək ki, qurultayda YAP-dan heç bir nümayəndə iştirak etmir.
Həmçinin, AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı
Arif Hacılı da dəvət olunmalarına baxmayaraq, gəlməyiblər.
Müsavatın keçmiş başqanı İsa Qəmbər isə iştirakçılar
arasındadır.
Asif Nərimanlı
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi