Nida.az
Strateji tarazlıq pozuldu: 10 il sonrası üçün hazırlanan “B planı” işə düşdü
Türkiyə 10 il sonrakı tarix üçün hazırladığı “B planını”
iyulun 20-də 32 nəfərin ölümü, 100-dən artıq insanın yaralanması
ilə nəticələnən Suruç terrorundan sonra işə salıb.
Publika.az xəbər verir ki, “Yeni Şafak” qəzeti bu
planın detallarını açıqlayıb.
Bu gün Türkiyənin PKK və İŞİD-ə qarşı hücumlarını “həll müddəti”
prosesinin dağılması kimi qələmə verir və bunu kürdlərə qarşı
müharibə olaraq təqdim edirlər. Lakin bunu iddia edənlər də yaxşı
bilir ki, Türkiyə beynəlxalq və regional güc olmaq uğuruna gedən
savaşda məğlub olmaq istəmir. Bunu müstəqillik mübarizəsi də
adlandırmaq olar. Terror təşkilatlarına qarşı aparılan əməliyyatlar
əslində İrana və onun arxasındakı güclərin “yeni coğrafiyamızdakı”
dizaynına qarşı göstərilən reaksiyadır.
Tehran bu gün imperialist Qərbin ona biçdiyi missiya ilə hərəkət
edir. Avrasiya layihəsində vaxtilə “İslam inqilabı” adı altında
Sovet Rusiyasına qarşı istifadə olunan şiə İranı kartı, hazırda
ABŞ-ın İslam dünyasını idarəçilikdə saxlaması məqsədilə istifadə
olunur. İraq-İran müharibəsi, şiə və sünni qarşıdurmasının inşa
olunmasında İran amili əsas paya sahib olub. Bu strateji plan
Körfəz ölkələri xaricindəki İslam coğrafiyasına da təsir edib.
Misal üçün, 1947-ci ildən 1977-ci ilə qədər Pakistanda şiə-sünni
münasibətləri normal idi. İranda islam inqilabından sonra
Pakistanda şiə-sünni ayrı-seçkiliyi güclənməyə başladı və şiələr
1980-ci ildə güclənməyə başladı. Halbuki, Pakistanın qurucusu Əli
Cinnah şiə idi. 1971-ci ildən 1977-ci ilə qədər baş nazir olan Əli
Butto da şiə məzhəbindən idi.
Məqalədə deyilir ki, İran məzhəbçi missiyası ilə hərəkət etdiyi
üçün Çin də daxil olmaqla bütün beynəlxalq oyunçular tərəfindən
alqışlanır. Pekinə görə şiə və sünnilər ilə İsrail və İran
arasındakı nüvə savaşı bölgədə “sülhün, yəni imperiya
iqtisadiyyatının mənfəətlərinin əsas təminatı” olacaq. İranın
statusunu qaldıran ABŞ da bu yolla həm Türkiyənin yoluna əngəl
yaratmağı, həm də Avropanın enerji təminatında Rusiyanın rolunu
azaltmağı düşünür.
Qəzet yazır ki, Suriyada daxili müharibəyə səbəb olan şiə-sünni
müharibəsini Türkiyəyə də ixrac etməyə cəhdlər edilib.
“Qonşularla sıfır problem” siyasətini aparan Türkiyəni
“diktatorlarla əməkdaşlıqda” ittiham edənlər “ərəb baharı”nda
xalqların azadlığına dəstək verəndə, Ankaranı “terror
təşkilatlarını dəstəkləməkdə” ittiham etdilər. Lakin Anadolu
ələviləri üzərində təsir imkanları az olan Tehran və Qərb
ölkələrinin bu ssenarisi baş tutmadı. Bütün cəhdlərə baxmayaraq,
Gəzi olayları və paralel dövlət planları da alınmadı. Buna görə də
PKK və İŞİD kartını dövriyyəyə salmağa məcbur oldular. Lakin heç
kəs Türkiyədən bu səviyyədə cavab gözləmirdi.
Və Türkiyə 10 il sonrası üçün hazırladığı “B planını” işə saldı.
Əslində Türkiyə Yəmən böhranında Səudiyyə Ərəbistanı və Körfəz
ölkələrinin yanında dayanaraq ilk həmləsini etmişdi. Buna görə də
cavab Qərbdən yox, İrandan gəldi. İran prezidenti Ruhani PKK-ya
qarşı əməliyyatlar keçirildiyi bir vaxtda Kürdüstan əyalətini
ziyarət edərək özünün “kürd açılımı” siyasətinə başladı. İranın Baş
qərargah rəisi Firuzabadi isə əməliyyatları “Kürdlərlə müharibə”
deyə şərh etdi.
ABŞ-la “müştərək vizion” adını verdiyi strateji razılaşma ilə
Türkiyə öz mövqeyini qorudu. İlk növbədə Suriyada “təhlükəsiz zona”
tələbini qəbul etdirdi. Beləliklə də, yaxın gələcəkdə regiondakı
yeni şəkilləndirməyə qarşı önləyici addımlarını atdı. Bu 10 il
sonra üçün nəzərdə tutulmuşdu. Lakin strateji tarazlıq pozulduğu
üçün indi işə salındı.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR