Vəfa Quluzadə: “ Qarabağ gündəmə gəlməyəcək”
Bizi izləyin

Nida.az

Vəfa Quluzadə: “ Qarabağ gündəmə gəlməyəcək”

Vəfa Quluzadə: “Krım həll edilməyənə qədər Qarabağ gündəmə gəlməyəcək”


“Krım böhranı həll edilmədən Dağlıq Qarabağ danışıqlarında heç bir aktivlik mümkün deyil”.

Bu barədə keçmiş dövlət katibi, politoloq Vəfa Quluzadə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ məsələsi gündəmdə deyil: “Ortada da heç bir aktivlik yoxdur. Çünki hazırda əsas məsələ Krımdır. Krım böhranı həll edilməyənə qədər bu məsələ gündəmə gəlməyəcək”.

Krımda baş verənlər gələcəkdə Azərbaycana qarşı Qarabağda da tətbiq edilməsi ehtimalına gəlincə, keçmiş dövlət katibi deyib ki, hər şeyi indidən demək çətindir. Onun fikrincə, gözləmək lazımdır: “Krım böhranının nə ilə qurtaracağını gözləmək lazımdır. Yalnız ondan sonra bu haqda danışmaq olar”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm