Mərkəzi Bank: “Kifayət qədər valyuta ehtiyatı mövcuddur”
Bizi izləyin

Nida.az

Mərkəzi Bank: “Kifayət qədər valyuta ehtiyatı mövcuddur”

Mərkəzi Bankı bankların nağd valyuta ilə təminat barədə məlumat yayıb.

Mərkəzi Bankdan Publika.az-a verilən məlumatda bildirilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində valyuta bazarında xarici valyuta qıtlığı olduğu və satışın həyata keçirilmədiyi barədə məlumatlar yayılır.

“Bildiririk ki, həm nağd, həm də qeyri nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirirlər.

Əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş filial şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş rejimində fəaliyyət göstərir və bazar günü də valyuta satışını davam etdirəcəklər. Bəzi bankların filial və şöbələrinin işləməməsi onların daxili reqlamentinə uyğun olaraq müəyyən olunan iş rejimi ilə əlaqədardır”.

Məlumatda bildirilib ki, Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət nəzarətdədir və mütəmadi monitorinqlər həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm