lham Əliyev Moldovanın Prezidentini təbrik edib
Bizi izləyin

Nida.az

lham Əliyev Moldovanın Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın Prezidenti Nikolaye Timoftiyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh və rifah arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm