Sabir Rüstəmxanlı ruslara etiraz üçün merə müraciət etdi
Bizi izləyin

Nida.az

Sabir Rüstəmxanlı ruslara etiraz üçün merə müraciət etdi

Sabir Rüstəmxanlı ruslara etiraz üçün merə müraciət etdi


Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Rusiyanın Azərbaycandakı səfirliyinin önündə piket keçirəcək.
VHP Mərkəzi İcra aparatının rəhbəri Samir Əsədli Publika.Az -a məlumat verib ki, piket martın 17-də saat 15:00-da baş tutacaq. Onun sözlərinə görə, piketə DAK da dəstək verəcək: “Piket Krım tatarlarına dəstək vermək məqsədilə təşkil ediləcəkdir. Aksiyada Rusiyanın Krıma müdaxiləsini, Ukraynanın ərazi bütövlüyünün pozulmasına yönəlmişcəhdləri pisləyən, Ukrayna xalqına və Krım tatarlarına dəstək xarakteri daşıyan şüarlar səsləndiriləcək”.

S. Əsədli qeyd edib ki, icazə üçün artıq meriyaya müracitə edilib: “Piketlə bağlı martın 12-də qanuna müvafiq olaraq VHP sədri Sabir Rüstəmxanlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktubla müraciət edib”.

O, meriyanın müraciətinə uyğun addım atacaqlarını bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm