Nida.az
XİN Dağlıq Qarabağdakı separatçı rejimin növbəti seçki oyunu ilə bağlı bəyanat verdi
Sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma separatçı rejimin “özünüidarə orqanları”na qanunsuz “seçkilər” keçiriləcək.
Publika.az xəbər verir ki, bununla bağlı
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı etiraz bəyanatında
qeyd olunur ki, Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş
ərazilərində Ermənistan Respublikası tərəfindən yaradılmış
separatçı rejimin təcavüz və irqi ayrı-seçkiliyin mütləq nəticəsi
olduğunu bir daha vurğulayır.
Bəyanatda deyilir: "Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir.
Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı və zordan
istifadə edərək Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla,
Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və bir milyondan
artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik
təmizləmə həyata keçirdiyi və digər ağır cinayətlər törətdiyi
hamıya yaxşı məlumdur. BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853
(1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində təsbit
olunduğu kimi, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı zor tətbiq
edilməsi və bunun nəticəsində Azərbaycanın ərazilərinin işğalını
kəskin şəkildə pisləyib və Azərbaycanın suverenliyi və ərazi
bütövlüyünü pozan istənilən əməlləri rədd edərək, bu əməllərin
nəticəsində yaradılmış vəziyyətin qanuniliyinin tanınmaqdan imtina
edib".
Bəyanatda daha sonra qeyd edilir: "Qondarma “seçkilər”in
keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun
saxlanılması, işğalçı siyasətinin və ilhaq niyyətlərinin
möhkəmləndirilməsi üçün davamlı addımlar ataraq, Ermənistanın
silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı deyil və
əksinə olaraq, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub.
Azərbaycan ərazilərinin hərbi işğalının və etnik təmizləmə
siyasətinin davam etdiyi zəmində bu qurama “seçkilər” Azərbaycan
Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və
prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu
“seçkilər”in heç bir hüquqi qüvvəsi ola bilməz".
XİN hesab edir ki, Ermənistan işğal edilmiş Azərbaycan
ərazilərini ilhaq etməyə müyəssər ola bilməz: "Davamlı və
uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu yuxarıda
qeyd edilən BMT Təhlükəsizlik Şurasının qətnamələrində də tələb
edildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq
Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz
və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına
və mülkiyyətlərinə qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin
edilməsidir. Bu münaqişə yalnız Azərbaycan Respublikasının
beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və
ərazi bütövlüyü əsasında həll edilə bilər. Azərbaycan
Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqla uyğun
olmayan fəaliyyət münaqişənin sülh yolu ilə həlli yolu ola bilməz.
Güc tətbiq etməklə ərazinin işğalı beynəlxalq ictimaiyyət
tərəfindən heç zaman qanuni tanına bilməz. Azərbaycan heç zaman öz
ərazilərinin işğalı ilə barışmayacaq. Azərbaycan ərazilərinin hərbi
işğalı həll yolu deyil və heç zaman Ermənistanın arzuladığı siyasi
nəticəni verə bilməz".
Bəyanatda eyni zamanda qeyd olunur ki, Azərbaycan Respublikası beynəlxalq cəmiyyətin bütün üzvlərini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımamağa və bu vəziyyətin saxlanılmasına yardım və kömək göstərməməyə və bu istiqamətdə təsirli tədbirlər görməyə çağırır. Ermənistan öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, ilhaqçılıq və etnik təmizləmə siyasətinə son qoymalı, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir".
XİN-in bəyanatında bildirilir ki, Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğunun davam etməsi və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərlə əlaqədar beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan Respublikasının atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşəcəkdir".
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi